“Şamaxı” “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun açılış oyunu keçirilib.

“Qafqazinfo”  xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Sumqayıt” oyunu meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın qollarını Rövşən Şahmuradov, Nihad Quliyev və Kamran Quliyev vurub.

Rəqib yığmada isə Vüsal İsgəndərli və Rüfət Abdullazadə fərqləniblər.


Share: