Şahin Musaoğlunun “Şuşa marşı” -VİDEO

Tanınmış şair-bəstəkar, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komisiyasının sədri Şahin Musaoğlu Zəfər savaşımızda qazandığımız qələbənin 2-ci ildönümünə özünün yeni təhfəsini bəxş edib.

Müstəqil.Az bildirir ki, “İgid əsgər, möhkəm dayan”, “Cənab Leytenant” və bu məzmunda onlarla təkrarsız əsərin müəllifi olan Şahin Musaoğlu bu dəfə “Şuşa marşı” adlı mükəmməl əsəri ilə qəlbləri oxşayıb. Düşmən üzərindəki parlaq qələbəmizin ikinci ildönümü ərəfəsində hazır olan əsərlər dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Tural Balabəyli

Share: