Şair Etibar Vəliyev “Rəsul Rza ” mükafatı aldı…

20.05.2019 -ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda dəyərli Qələm sahiblərinə növbəti Beynəlxalq “RƏSUL RZA” Mükafatının təqdim edilməsi mərasimi baş tutub.

Tanınmış şair Etibar Vəliyev də mükafat alanlar sırasında olub.O,öz facebook səhifəsində belə hisslərini belə ifadə edib:

“Dünən Azərbaycan Yazıçılar Birliyində mənə də Rəsul Rza mükafatı verildi. Digər laureatları- akademik Isa Həbibbəylini, professor Rüstəm Kamalı, xalq rəssamı Arif Hüseynovu, Azər Turanı, Rəşad Məcidi, Tahir Taisoğlunu və Ənvər Əhmədi ürəkdən təbrik edirəm. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə və Komissiyanın sədri Fikrət Qoca başda olmaqla komissiyanın bütün üzvlərinə bir daha təşəkkür edirəm.”

 

Etibar Vəliyevi və digər bütün Laureatları ürəkdən təbrik edirik!!!

FOTOLAR Fərrux Səfəroğlu – FS Press -ə məxsusdur.

Müstəqil.Az

Aysel Səfərli

 

Share: