Şairə ARZU GÖYTÜRKÜN “GÜNAH PƏRİSİ” kitabının təqdimatı olacaq

Son zamanlar sosial şəbəkənin gündəminə çevrilən şairə Arzu Göytürk müxtəlif janrda şeirləri ilə izləyicilərin diqqətini özündə saxlamağı bacarıb. Şairə 3 noyabrda “Günah pərisi” kitabının təqdimatına hazırlaşır.

Müstəqil.Az xəbər verir ki, bu barədə şairə Arzu Göytürk özünün Facebook səhifəsində məlumat yerləşdirb. Məlumata görə şairə bütün dostlarını  və həmkarlarını həmin təqdimata dəvət edib.

Şairə məlumatda qeyd edir ki, “burdakı bütün dostlarımı,həmkarlarımı mənə mənəvi dəstək olmaq üçün 
“Günah Pərisi” kitabımın təqdimatına dəvət edirəm. Bu təqdimatı etməkdə əsas məqsədim təkcə sizləri kitabımla tanış etmək yox ,həm də ürəyi şerlə, sözlə dolu olan sizləri ətrafımda görə bilmək arzumdu. Bu təqdimatda bütün dostları realda da görmək, ruhunuzun, könül dünyanızın səsini eşitmək, şerlərinizi öz dilinizdən eşitmək arzusundayam. İlk kitabımın təqdimat günü, şerlə , sözlə dolu, həmin gün mənə dəyər verən bütün dəyərli dostlarımı, həmkarlarımı yanımda görmək mənim şerə, yazıb-yaratmağa olan sevgimi daha da alovlandıracaq!”

Şairə Arzu Göytürkü, ilk kitab təqdimatı münasibəti ilə təbrik edirik, yaradıcılığında ona uğurlar arzulayırıq.

Share: