Şərab için, gecələr bunu etməyin, yatağa isə… – Məşhur BEYİN CƏRRAHINDAN VACİB TÖVSİYƏ

Dünya şöhrətli neyrocərrah Vlad Siurea beyin sağlamlığı ilə bağlı qiymətli tövsiyələrini paylaşmağa davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkim gecələr mobil telefonu yataqdan uzaqlaşdırmağı, səhərlər isə səmaya baxmağı tövsiyə edib. Cərrah beyin stimullaşdırılması üsulları barədə maraqlı açıqlamalar verib.

“Neyrocərrah kimi xəstələrimin üzündə tez-tez əzab ifadəsi görürəm. Neyrocərrahi müdaxilələr onları problemin özündən daha onları qorxudur. Və bu, normaldır. Beyin nəzarət altında saxlaya bildiyimiz orqan deyil. Bəlkə siz də bilmirsiniz, amma beyin də diqqət və istirahətə ehtiyac duyur.

Məzuniyyətlər və ya soyuq mövsüm zamanı bizdə özümüzə daha çox sərbəstlik vermək istəyi yaranır: Həddən artıq çox yemək, çoxlu içmək, gecələr kompüter arxasında oturmaq, daha çox siqaret çəkmək, qəhvənin miqdarını artırmaq və s.

Beyin heç vaxt yatmır, amma onu stimullaşdırmaq və istirahət vermək üçün bəzi üsullar var. Bəli, beyin də müsbət stimullara ehtiyac duyur”, – deyə neyrocərrah və professor izah edib.

Məhz buna görə də həkim gecələr mobil telefonlardan istifadədən maksimum dərəcədə imtina etməyi, ümumiyyətlə onu yataqdan uzaqlaşdırmağı tövsiyə edir:

“Vizual beyin mərkəzlərinizi stimullaşdırmaq üçün səhərlər səmaya baxmalı və ya sadəcə olaraq təbiət mənzərələrindən zövq almalı, əhvalınızı qaldıran musiqilər dinləməli və ayılandan dərhal sonra su içməlisiniz.

Yavaş-yavaş yeyin, əks halda mədə beyini həddən artıq yükləyə bilər. Qırmızı şərab içmək tövsiyə olunur, çünki o beyində kapillyar damarlarını təmizləməyə kömək edir, amma həddi keçməyin. Unutmayın ki, aşırı alkoqol sinir hüceyrələrinə hücum edir.

Televizora az baxın, imkan verməyin ki, beyniniz mənasız proqramların qurbanı olsun.

Əgər çəkənsinizsə, həftədə bir dəfə beyinə istirahət verin. Həqiqətən keyfiyyətli və yaxşı siqar alın. Gündə bir qutu siqaretə yox deyin!” , – deyə Vlad Siurea əlavə edib.

Neyrocərrah sonda özümüzə vaxt ayırmağı məsləhət görüb: “Sakitliyi tapın, düşüncələrinizi qaydaya salın və sevinmək üçün tez-tez bəhanələr axtarın. Özünə qayğı neyronlara böyük fayda gətirir. Sevinc beyin üçün əsl qidadır!”

Aytən Məftun

Share: