Sahibkarlarla növbəti görüş Masallıda keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüş təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzində  baş tutacaq.

“Səyyar qəbul otağı” yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Share: