“Qarabağ”da şok zədə: Şahruddinin qolu sındı, iki ay oynamayacaq

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

“Qafqazinfo” xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq. 

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib.

Share: