Şabranda 11 yaşlı uşağı maşın vurub öldürdü

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.

Bakı şəhəri, Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü İqor Skokov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Şabran rayonunun Ağalıq kənd sakini, 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub.

Xəsarət alan şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Share: