“Çelsi” azlıqda qalsa da, qalib gəldi, “Liverpul”dan qol şousu, “Arsenal” vahid liderdir

Turun daha bir maraqlı görüşü Londonda keçirilib. 

“Arsenal” “Fulhem”lə görüşüb. İlk üç turda itkisiz irləliəyən “topçular” bu dəfə də ənənəni pozmayıblar. “Fulhem”in hüçumçusu Mitroviç hesabı açaraq Premyer Liqada dördüncü matçında dördüncü qolunu vursa da, meydan sahiblərinin heyətində Odeqard və Qabriel fərqlənərək komandalarına qələbə qazandırıblar.

Bu nəticə ilə dörd oyundan sonra maksimum nəticə əldə edən “Arsenal” turnir cədvəlinə liderlik edir. 

20:19

İngiltərə Premyer Liqasında IV tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün bir sıra maraqlı qarşılaşmalar oynanılıb.

Mövsümə yaxşı start verə bilməyən “Liverpul” öz meydanında “Bornmut”la qarşılaşıb. İlk üç turda cəmi iki xal toplaya bilən Yürgen Kloppun yetirmələri bütün hirsini rəqibindən çıxıb. Mersisaydlılar qonaqların qapısından düz doqquz cavabsız top keçirib.

“Mançester Siti” isə “Kristal Palas” qarşısında ilk hissəsini 0:2 hesabı ilə bitirdiyi oyunu möhtəşəm “comeback” edərək 4:2 hesablı qələbə ilə yekunlaşdırıb.

“Çelsi” – “Lester” görüşü də maraqlı alınıb.

“Zadəganlar” təxminən bir saata yaxın azlıqda oynadığı görüşdə “tülkülər”i Londan əliboş yola salıblar. Bütün qolların ikinci hissədə vurulduğu matçın yekun hesabı 2:1 olub. 

Share: