Sabirabadda iki yeniyetməni avtomobil vurdu

Sabirabadda 10 və 11 yaşlı yeniyetmələri avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib.

VAZ-2106 markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub.

Yaralılar Sabirabad xəstəxanasına aparıldıqdan sonra Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Share: