Sabir Rüstəmxanlıdan şəhid ailələrinə bayram sovqatı… – FOTO

61 saylı Neftçala seçki dairəsi üzrə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı adından Ramazan bayramı münasibətilə Neftçala rayonu ərazisində yaşayan 150-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, habelə imkansız ailələrə bayram sovqatı çatdırılıb.
Millət vəkilinin Ramazan bayramı münasibətilə seçicilərinə səmimi təbrikləri çatdırılıb. Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.

VHP Neftçala rayon Təşkilatı

Müstəqil.az

Share: