Sabiq müşavir Atılgan Bayar Davudoğlunun CHP-yə qoşulmasını istəyir

Yeni partiya qurmaq iddiasında olan keçmiş baş nazir Əhməd Davudoğlu uğur qazanmayacaq.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Davudoğlunun sabiq müşaviri Atılgan Bayar deyib.

“Davudoğlu və komandasının uğurlu və funksional ola biləcəyi tək məkan CHP-dir. Ya CHP-yə qoşulsunlar, ya da siyasi iddialarından imtina etsinlər. “Davudoğlu hərəkatı”ndan yeni siyasi cərəyan gözləmək mənasızdır. Yeni siyasi hərəkat yaradacaq potensial yoxdur bu komandada…” – deyə Bayar bildirib.

Kamran Ə.

Share: