“Sabah” növbəti mərhələdə! — Yenilənib

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” bu gün 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edəcək. 

İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, cütün qalibi 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

3 avqust

20:00. “Sabah” – RFŞ

Baş hakim: Fedayi San (İsveçrə)

“Bank Respublika Arena”

İlk oyun – 2:0

Sabah: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov (k), 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vensan Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla.

Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 17. Tellur Mütəllimov, 19. Emmanuel Apeh, 21. İldar Ələkbərov, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 29. Ceyhun Nuriyev, 77. Namik Ələskərov.

Baş məşqçi: Murad Musayev.

RFŞ: 13. Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyek, 10. Emerson, 11. Robert Savalniyek. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek (k), 52. Martsis Oş.

Ehtiyat oyunçular: 1. Pavel Şteynbor, 16. Sergey Vilkov, 2. Vladislav Sorokin, 7. İsmael Diomande, 8. Daniel Ontujan, 17. Sedrik Kuadio, 18. Dmitri Zelenkov, 22. Darko Lemayiç, 70. Draqolyub Saviç, 92. Vitali Yaqodinski, 99. Qleb Zaleyko.

Baş məşqçi: Viktor Moroz.

***

Matç başladı.

***

34-cü dəqiqədə Latviya təmsilçisi azlıqda qalır. Andrej İliç qırmızı vərəqə alaraq meydandan qovulur.

***

İlk hissə qolsuz başa çatdı.

***

İkinci hissə başladı.

***

İkauineks 67-ci dəqiqədə RFŞ-ı hesabda önə çıxarır – 0:1.

***

77-ci dəqiqədə Coy Lens Mikels hesabı bərabərləşdirdi – 1:1.

***

“Sabah” 90+5-ci dəqiqə qələbə qolunu vurdu. Emmanuel Apeh adını tabloya yazdırır.

***

Oyun başa çatdı. İki oyunun nəticəsində görə Azərbaycan təmsilçisi növbəti mərhələyə adladı. “Sabah” 3-cü təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşacaq.


Share: