Şərəfli müəllim ömrü

Fail Sovqatov – 60

 

Müəllimlik qocalmaq bilməyən peşələrdəndir. Hələ bir neçə min il öncə Çin filosofu Konfutsi demişdir: “Əgər birillik planın varsa, taxıl ək. Əgər onillik planın varsa, bağ sal. Əgər yüzillik planın varsa, insanları öyrət!”Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik, insanları öyrətməyə gedən yol ilk əvvəl dərsdən keçir. Və bu işlərin əsas aparıcısı olan müəllimdən asılıdır. Buna görə də müəllim əməyini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev deyib, ” Müəllim çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir. Gənc nəslin müstəqil həyata hazırlanması, dünyagörüşünün formalaşması, gələcəyin mütəxəssisinin ilk hazırlığı məhz orta məktəb illərindən başlayır. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, gələcəyini məhz müəllimə etibar edir. Astarada müəllim adını şərəflə daşıyan və bütün varlığı ilə təhsilə bağlı olan pedaqoqlar çoxdur. Belə müəllimlərdən biri də ömür nərdivanının 60-cı pilləsində olan Astara Rayon Motlayataq kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fail Sovqatovdur.
Yaşının müdrik çağına çatanda yaşanmış illərin arxasından boylanıb həyat yolunda qazana bildiyi nailiyyətlərə, arzusunda olub, əldə edə bilmədiklərinə nəzər salır. İllərin töhfəsini, zəhmətinin bəhrəsini görür. Xalqının tərəqqisi, vətəninin çiçəklənməsi yolunda fəaliyyət göstərənlər ömürdən ötən illər üçün təəssüf etmir, əksinə, sevinir və qürur duyurlar. Fail müəllim də məhz belə insanlardandır.

Haqqında;- Sovqatov Fail Abid oğlu.
3 avqust 1963 cu ilde Astara rayon Motlayataq kəndində anadan olmuşdur.
Azərbaycan Pedoqoji Institunun Filologiya Fakultesini bitirmişdir.
1984-1985-ci tərdris ilindən 1994-1995 ci tədris ilinə kimi Astara rayon Axsənəkəran kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmiş, 1994-1995-ci tədris ilindən 2001-2002-ci tədris ilinə kimi Astara rayon Motlayataq kənd tam orta məktəbinin təlim -tərbiyyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Hal-hazirda həmin məktəbin dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
38 illik pedoqoji fəaliyyəti olan Fail müəllimin pedoqoji ve ictimai fəaliyyəti haqqında “Azərbaycan Ziyalıları” kitabında geniş yazı çap olunmuşdur.
Ulu Öndər Heydər Əliyevdən, Ali Baş Komandan Cənab İlham Əliyevdən, Nizami Gəncəvidən, 44 günlük Vətən Müharibəsindən bəhs edən kitabı 1000(min) tirajda çap olunub, ictimayətə təqdim olunmuşdur. Yazıları  “Azərbaycan müəllimi”, “Təhsil Dünyası”,”Bütöv Azərbaycan” və başqa qəzet və jurnallarda dərc olunmuşdur
Hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Fail müəllim indiyədək enişli-yoxuşlu uzunluğu 60 illə ölçülən bir həyat yolu keçib. Bu illərin sevincini-kədərini, qışını-baharını görüb. Heç bir uğur, heç bir nailiyyət ona asan başa gəlməyib, gərgin zəhmət, daim öyrənməyinin əziyyətinə qatlaşmaq bacarığı, sonsuz axtarışlar onun yol yoldaşı olub. Bəzən taleyin zərbələrini də görüb…

…Fail müəllim ömrünün 60-cı baharını yaşayır, müdriklik çağındadır. Həmişə şən əhvalda olan Fail müəllimin özünəxas xüsusiyyətləri kifayət qədərdir. Dostluqda sədaqəti,  səmimiyyəti ilə onunla təmasda olanların dərin hörmətini qazanıb.
Adətən, bu yaşa çatanda insanlar arxaya boylanıb: “İllər, sizdə nəyim qaldı?” – deyə bəlkə də özlərinə bir hesabat verirlər. Fail müəllimin ötən illərdə qazandıqlarının  ən dəyərlisi onu tanıyanların sevgisi, məhəbbətidir.

60 illik yubileyini qeyd edən bu ziyalı insanı, təhsilin, elmin inkişafı üçün böyük enerji ilə çalışan Fail Sovqatovu səmimi-qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı  arzulayırıq. Bilirik ki, söylədiklərimiz onun halal zəhmətinin bəhrəsi, illərin töhfəsidir.

Share: