Saatlıda qəza olub, ölən və yaralanan var

Saatlıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Qazanbatan kəndi ərazisində baş verən qəzada avtomobildə olan sərnişin, Saatlı şəhər sakini, 1987-ci il təvəllüdlü Xalıq Zəfər oğlu Ağayev aldığı xəsarətlərdən ölüb. Sürücü yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: