Saakaşvilinin keçmiş həyat yoldaşı iki ildən sonra onu ziyarət etdi

Hazırda həbsdə olan Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin keçmiş həyat yoldaşı Sandra Rulofs onu həbsdə saxlanıldığı Vivamed xəstəxanasında ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Rulofs bu barədə sosial media hesabında bildirib.

Rulofs rəsmi olaraq Saakaşvili ilə ayrıldığını vurğulayıb.

“Psixoloji olaraq özümü toplamağım və Mişaya baş çəkməyim iki il çəkdi. Bu gün uzun görüşümüz və səmimi söhbətimiz oldu. Ona azadlıq, cansağlığı və xoşbəxtlik arzulayıram. Biz artıq bir yerdə deyilik”, – deyə Rulofs bildirib.

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.


Share: