Dağıstanda atışma: Ölən və yaralananlar var

Dağıstanda polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən Levaşi kənd sakini, 26 yaşlı Baqaudin Hüseynhacıyev axtarılır.

Bu barədə Rusiya regional Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

İdarədən verilən məlumata görə, sentyabrın 27-də saat 17:30 radələrində rayonun Levaşi kəndində yerli sakinlər və polis əməkdaşlarının iştirakı ilə atışma baş verib.

İlkin məlumata görə, insident nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlər arasında Daxili İşlər Nazirliyinin bölgə üzrə maddi-texniki təchizat şöbəsinin rəisi də var.

Mənbə: life.ru

Share: