Saakaşvili Kiyevdə yürüş keçirmək istəyir

Gürcüstanın eks prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili noyabrın 12-də Kiyevin mərkəzində yürüş keçirmək niyyətindədir.

“Report” xəbər verir ki, M.Saakaşvili Kiyevdəki Mixaylovski meydanında toplaşmağı və Antikorrupsiya Məhkəməsi haqqında qanunu və Ukrayna prezidentinin impiçmenti prosesinin başladılmasını dəstəkləmək üçün yürüş keçirməyi təklif edib.

Bununla yanaşı, o, hakimiyyətin göstərilən qanunları qəbul etməyəcəyi halda, dekabrın 3-də “xalq impiçmenti” prosesini başlatmağı təklif edib.

“Onlar heç bir addım atmasa, Ukrayna xalqı özü kimə impiçment elan edəcəyinə, kimin vəzifədən azad olunmasına və yeni seçkilərin nə vaxt keçiriləcəyinə dair qərar qəbul edəcək”, – M.Saakaşvili bildirib.

Müstəqil.Az

Share: