Saakaşvili gəlininin şəklini paylaşdı – FOTO

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oğlu Eduardı evləndirib. Toy Amerikada olub.
Bu haqda danışan Saakaşvili bildirib ki, həftəsonu okeanın o tayında – ABŞ-ın Filadelfiya şəhərində oğlunun toyunda iştirak edib.
Eks-prezident deyib ki, Eduard radioproqramlarda prodüser işləyir, eyni zamanda BBC və National Public Radio ilə əməkdaşlıq edir. Eduard Saakaşvilinin birinci evlilikdən olan oğludur.
“O,  Pensilvaniyadakı kollecdən sevdiyi tələbə yoldaşı Adina ilə evləndi. Adina qeyri-hökumət təşkilatında işləyir və gürcü dilini sürətlə öyrənir”,-Saakaşvili gəlini haqda deyib.
Mixail Saakaşvili gəlininin şəklini də sosial şəbəkədəki səhifəsində paylaşıb.
O, fotodakıların kiçik oğlu Nikoloz, anası, böyük oğlu Eduard, gəlini Adina, həyat yoldaşı Sanrda və qayınatası olduğunu bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili son vaxtlar Hollandiyada məskunlaşıb. O, Gürcüstana qayıtmaq haqda planlar cızır.(modern.az)

Share: