Cəlilabad rayonunda kütləvi dava baş verib.

Cəlilabad rayonunda kütləvi dava baş verib. Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1990-ci il təvəllüdlü Şixəliyev Tural Tofiq oğlu tanıdığı adamlar tərəfindən döyülüb.
Yaralı baş nahiyəsindən aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.(Report)

Share: