Ərdoğandan TÜRKİYƏDƏ sərnişin qatarında baş verən faciə ilə bağlı açıqlama – VİDEO/FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tekirdağ vilayətinin Çorlu mahalında baş verən sərnişin qatarı qəzası ilə bağlı açıqlama verib.

Müstəqil.az xəbər verir ki, prezident qəzanın hərtərəfli araşdırıldığını bildirib.

Ərdoğan açıqlamasında bu ifadələrə yer verib: “Tekirdağın Çorlu mahalında bu axşam meydana gələn qatar qəzası hamımızı dərindən sarsıdıb. Qəzadan dərhal sonra dövlətimiz bütün qurumlarını və bütün imkanlarını səfərbər edib. Sərnişin qatarındakə bəzi vaqonların relsdən çıxması nəticəsində meydana gələn qəza hərtərəfli araşdırılır. Hadisədə dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə şəfa diləyirəm”.

***

Türkiyədə sərnişin qatarının qəzası nəticəsində ölənlərin sayı 24-ə çatıb. Bu haqda baş nazirin müavini Rəcəb Akdağ bildirib.

Səhiyyə naziri Əhməd Dəmircan isə jurnalistlərə açıqlamasında qəzadan sonra 338 nəfərin xəstəxanalara aparıldığını bildirib. Onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Nazir 124 nəfərin isə hələ xəstəxanalarda müalicə aldığını deyib.

Qatarda 362 sərnişin olub.

***

Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb. Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib. Onun sözləırinə görə, Çorlu yaşayış məntəqəsi yaxınlığında leysan yağışlarının yağması nəticəsində relslərin altındakı torpaq yuyulmuşdu.

***

Türkiyədə Kapıkule-İstanbul səfərini edən sərnişin qatarı Tekirdağ vilayətinin Çorlu mahalı yaxınlığında relsdən çıxıb.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 5 vaqon aşıb.

Hadisə nəticəsində çoxlu sayda yaralanan və ölənlərin olduğu bildirilir.

Müstəqil.Az

Share: