Sərxoş turist heykəlin qolunu sındırdı — 19 min dollar ziyan vurdu+Video

Belçikanın paytaxtı Brüsseldə irlandiyalı turist yaxınlarda bərpa edilmiş heykəlin üzərinə çıxıb. Sərxoş olduğu bildirilən turist heykəldən düşmək istəyərkən heykəlin qolunu sındırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, heykəli zədələyən turist qısa müddət sonra yaxınlıqdakı “fast food” restoranında saxlanılıb.

Heykəlin təmir xərcinin 19 min dollar olduğu bildirilib.

Baş verən hadisədən sonra səlahiyyətlilər xərclərin turist tərəfindən ödənilməsini tələb ediblər.


Share: