Sərxoş sürücü qırmızı işıqda qəza törətdi — Ölən var

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən səhər saatlarında Mingəçevir şəhəri ərazisində 1984-cü il təvəllüdlü Məhəmməd Baxşeyiş oğlu Məmmədov sərxoş halda idarə etdiyi “Toyota Camry” markalı avtomobillə “Mercedes” markalı avtomobili vurub.

Belə ki, M.Məmmədov Heydər Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində avtomobili işıqforun qırmızı işığında sürərək digər minik avtomobilini vurub. Bu zaman onun sürdüyü maşın idarəetmədən çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 


Share: