Futbol tarixinin ən yaxşı hakimi Bakıya gəldi

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, italiyalı keçmiş hakimin ölkəmizə niyə səfər etdiyi hələlik bəlli deyil. AFFA-dan saytımıza bildirilib ki, Kollina Bakıya qurumun dəvəti əsasında gəlməyib.

Qeyd edək ki, məşhur sabiq referi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə, tarixin ən yaxşı hakimidir.

Faiq Tahirov

Share: