Sərhədi gizli keçmək istəyən ailə üzvlərinin hamısı donaraq öldülər…

İraq torpaqlarından qeyri-qanuni yollarla Türkiyəyə keçməyə çalışan, 3-ü uşaq, 1-i qadın olmaqla 4 nəfər donaraq ölüb.
 
Müstəqil.Az Moderator.az -a istinadən xəbər verir ki,  ailə olduqları ehtimal olunan 4 nəfərin cəsədləri İraqlı rəsmilərə təhvil verilib.
Hakkarinin mərkəzindən 70 km məsafədə yerləşən kənddə saknlər sərhədə yaxın ərazidə 4 nəfərin cəsədini görərək polisə müraciət edib. Hadisə yerinə gələn polislərin apardıqları tədqiqatda 3-ü uşaq, 1-i qadın  olmaqla 4 nəfərin qeyri-qanuni yollarla Türkiyəyə keçmək istəyərkən donaraq həyatını itirdiyi müəyyən olunub.

Share: