“Səni son nəfəsim üçün,  Ən təmiz dua saxladım…”-Aysel Fikrətin yeni şeirləri…

Müstəqil.Az istedadlı şairə Aysel Fikrətin yeni şeirlərini təqdim edir:

 

Azar

Mənim bu dünyayla bir azarım yox
Bəs nədən görəsən yolumu kəsir .
Dərdin sayı itib haqq- hesabı yox,
Susuz səhralarda küləklər əsir ..

Hardasa karvanı keçir ömrümün,
Şadlığı ,dövranı keçir ömrümün.
Yetişə bilməyən özünə ömrün
Sözləri bıçaq tək dilimi kəsir .

Özgələr sevgimi oğrayıb məndən ,
Hər açılan səhər bir başqa yerdən .
Harayı çatmayan ünü yetməyən ,
Dərd dönüb meh təki üstümə əsir …

Nə yeyib ne içir sevgim ellərdə
Kimin künçündədir ?boynu çiynində.
Eh, bu zalım fələk bu beş gün ömrə .
Həsrəti min adla bir qənim kəsir .

Elə uzaqlardan səsləyir kimsə,
Dönüb necə baxım hər gələn səsə?
Bu dünya ruhumu salıb qəfəsə ,
İllərlə canımda olmuşam əsir ..

Kim məni qutarar özüm özümdən ,
Söz belə döndərmir məni sözümdən .
Yavaş-yavaş hər kəs düşür gözümdən,
Yarpaq xəzan olub ruhumu əzir .

 

 

SEVGI

 

Sevgimi ələdi illər
Saçlarına dən düzəltdi .
Ürəyimi alıb məndən
Sənə şəhər, kənd düzəltdi.
Getdin e getdin, çox getdin ,
Bir ömür boyu yol getdin.
Axır ürəyimdə itdin ,
Nə yazdı fələk, düz gəldi .

Sonda itirdim izini ,
Çoxdan unutdum səsini .
Kim isitdi nəfəsini ?
Kimlərlə yolun düz gəldi .
Ağladım e, çox ağladım ,
Axırda gözüm ağradı,
Sənə gedib çatanadək
Yolunda izim ağradı.

Kimsəyə kimsə olmadım,
Hamı bütöv, tək mən yarım.
Elə bu cür də qocaldım,
Saçıma gül düzülmədi.
Utandıme, çox utandım,
Üstünə dərd qoxlamadım.
Səni son nəfəsim üçün,
Ən təmiz dua saxladım .

Sevgimi ələdi illər
Saçlarına dən düzəltdi .
Ürəyimi alıb məndən
Sənə şəhər ,kənd düzəltdi.
Getdin e, getdin, çox getdin
Bir ömür boyu yol getdin .
Axır ürəyimdə itdin,
Nə yazdı fələk düz gəldi .

 

 

          Səbəb

Bütün gedənlərin bir səbəbi var ,
Bütün ölümlərin səbəbi kimi .
Burdan köçüb gedir durna qatarı,
Götürüb aparır uzağa səni .

 

Şütüyür şəhərin gur izdihamı,
Hərə bir tərəfə gedir ,tələsir.
Ürəyin söyləyir qalım getməyim ,
Ayağın uzaqlar üçün tələsir.

 

Yağışın həzini narını yağır,
Yağır ürəyimə gözünün yaşı.
Bizi illər öncə kim ayrı saldı,
Demək belə olur həsrət yağışı ?

 

Qatarlar şütüyür ürəyimizdə ,
Yığışır gözlərim öz işığına .
Ürəyim dünyada gəzmir ki, səni ,
Ruhuyla firlanır sənin başına.

 

Unudub uzaqa getməklə deyil,
Kimlər səni alar xəyallarımdan .
Hara baxsam səni görər gözlərim ,
Ömrümü yaşaram nağıllarımla .

 

Yazıq o ömrə ki, mən orda yoxam ,
Keçər sabahların donuq buz kimi.
Yolun sonundayıq ömür yarıda,

Bütün gedişlərə səbəb sevgidi…

 

 

 

Əziz

Quşlar uçub gəlib isti ölkədən ,
Bir quru dən üçün haykuy salırsa.
Hamı, hər kəs burda, səndən savayı
Dərdimi deməye adam yoxdursa…

Daha bu dünyanın harası oldu,
Nəyi alındı ki ,nəyi düz ola .
Ölümü bir addım, sevinci uzaq,
Ha gülək ,danışaq yeni söz olar ?

 

Yiğişıb dünyanın şəhəri ,kəndi
Bir doğma üzünə dəymir nədənsə .
Axı bunlar bilmir mənim ölkəm də,
Mənim şəhərim də ,dünyam da sənsən.

 

Axı bilən yoxdu nələr çəkmişəm,
Sənin yoxa çıxmış xəyallarında.
Axı bilən yoxdur nələr danışıb ,
Nələri susmuşam yuxularımda

 

Elə hayküyünə uyub gedirik,
Çəkir bizi sevinc, çəkir bizi dərd.
Bilən yox nə qədər uzaqa düşdük,
Necə ağır oldu beləymiş həsrət ?

 

Dərd yükü çəkməyə can üsyan edir,
Min adam, min addım bir sən eləmir.
Bütün uğurlarım yarım, dərbədər,
Gözümdə sevincim əskik elə bil .

Sənin əvəzinə ömür də bir cür,
Sənin əvəzinə sevinc də aciz .
Sənin əvəzinə gələn hər kəsin,
Sevgisi də aciz, dərdi də aciz …

 

Elə bilirsən ki unutmaq üçün
Heçmi addım atıb düşünməmişəm .
Mən səni bu qədər əziz bilməzdim ,
Heç özüm bilmirəm, necə bilmişəm.

 

Olmur..

Dünyadan fürsət oğrayıb ,
Bir ömür yaşamaq istə
Dərdi, azarı olmasın
Hər günü yaşamaq üstə .

Yox ,çırpınıb tapmayasan ,
Sevinməyə səbəb orda .
Bütün sevənlərin olsun,
Olmasın sevməyən orda

Güllü , çiçəkli , bəzəkli
Bir ömür gülsün üzünə .
Hamı inansın dünyana ,
Hamı inansın sözünə.

Dünyadan fürsət oğrayıb ,
Bir ömür yaşamaq istə
Orda ölümlər olmasın ,
Dərdin olmasın bir kəslə

Hər addımda hər boş sözlə
Ürəyinə daş basmayıb.
Səni belə üzməsinlər ,
Ümidini kəsməsinlər.

Sənə arzular diləyib
Belə ucuz satmasınlar.
Gözündən həsrəti çəkib,
Başqasına baxmasınlar.

Küsməyəsən bu dünyadan ,
Yaşayasan ümid kimi .
Səni belə ayırmasın ,
Doğmalardan həsrət dəmi .

Nədən axı, belə olmur
Günü gündən çətinləşır.
İnsan bir az tənbəl olur ,
Gedə -gedə səsizzləşir.

Sözsüz qalır ,izsiz Qalır .
Allahıyla tək qalandan.
Elə bu cür aciz qalır ,
Bükülür içinə itir .

Dünyadan fürsət oğrayIb ,
Bir gün də yaşamaq olmur .
Ömür ağır bir yük imiş ,
Çətindir, daşımaq olmur ….

 

 

Bir ev

Bir ev olsun, isti ev
Sobası gur, suyu bol.
Həyətində bağçası ,
Güllu, donlu aqaclar …
Yenə o cür susasan
Bir kəlmə söz demədən ,
Bir- birini anlayaq.

Saclarima gül düzüb,
Dəniz gözlərin ilə
Uzaqlara baxasan.
Mən yenə də deyim ki,
Niyə məni sevmirsən.?
Yenə də vurnuxasan,
Nə səninlə, nə sənsiz
Olmur axı deyəsən,
Ürəyimiz sıxıla ..
Sonra çıxıb gedəsən

Sobası sönə evin
Sola bağçasında gül.
Söndürüb işıqları
Qaranlıqa yox olaq …
Hərəmiz bir tərəfə
Parçalanaq ,dağılaq .
Sən özünlə, mən daşı
Mən də özümlə səni .
Sonra da yer üzünə
Dağılaq zərrə kimı.

İllər keçsin aradan
Güllü-bağçalı evdə
Başqaları yaşasın.
Daha başqalarıyçun
Danışılsın nağıllar.
Yalnız bütün sevənlər
Dəniz gözünlə baxsın,
Eynən mənə bənzəsin
Bütün solmuş arzular .

 

 

Arzular

Arzular gözündən axıb getdilər
Mən sənin ruhuna yiyə durmadım.
Qanadın olmadı sevə biləsən,
Nə də mən sevginə qanad olmadım.

Adımı çəkmədin susdun, nə oldu
Gözlərin yol çəkdi, dozdün nə oldu .
Axır ki, canından çıxdım da oldu ,
Nə yaxşı, ruhuna tikan olmadım.

Ömürlük sınağın ,qınağın oldum,
Başına döydüyün danlağın oldum .
Nə olsun, xəyalda yaşadım, öldüm ,
Əslində heç zaman yalan olmadım .

Yuvada ocağın, bacada tüstün,
Öz evin, öz canın, soyuğun, istin.
Baxma, ürəyində 40 ildi gəzdim,
Bir dəfə evində qonaq olmadım.

Adını çəkdilər ürəyim əsdi,
Doğmana, dostuna yovuşdum, bəsdi .
Bu boyda dünyaya bir sən bəs ikən
Mən sənə dərd oldum, dünya olmadım.

Bu da bir oyundur, bu da bir tale
Ömür yarıdadır sona var hələ .
Söylə, nədən axı nədən, tək sənə
Nə dost ,nə yar ,nə də düşmən olmadım

 

 

Gedim

Bu dünyada bircə zərrə nurum ola
Onu tapıb ardı ilə çıxıb gedim .
Bir sevgilik, bir həsrətlik yerim ola
Hər gün ora milyon kərə qonaq gedim .

Xoşbəxtıiyi oğru kimi oğramadan
Sonu gəlməz arzulara boylanmadan.
Səhərədək öz özünü qınamadan
Göy üzünə göy qurşağı çəkim gedim .

Yuxularda seyr etməyim öz özümü,
Qaranlıqda itirməyim gündüzümü.
Mən də min bir insan kimi bir yol düzüb ,
Həyat deyib axınında batım gedim .

Hər gün səhər yola düşən qatarlara
Vaxtı donan gerı qalan saatlara.
Gözlərində adım donan insanlara,
Bir içimlik sevgi olub çıxıb gedim

 

 

 

Mən ki gəlməyəcəyəm

Məni gözləyəcəksən,
Qatar yolunda səhər.
Əlində gül, çiçəklər
Ürəyində diləklər ,
Mən ki, gəlməyəcəyəm…

Sanacaqsan yağışın,
Uğura yağdığını.
Çətirimıi unudub
Geri qayıtdığımı,
Mən ki, gəlməyəcəyəm…

Sanacaqsan saatı,
Günü səhv etdiyimi.
Sanacaqsan deməyib,
Şəhərdən getdiyimi
Mən ki, gəlməyəcəm …

Əllərində gülləri,
Bir tərəfə tullayıb .
Az qala ağlayacaq,
Az qala öləcəksən ,
Mən ki, gəlməyəcəyəm..

Hər kölgəni mən bilib
Yerində qıvrılanda,
Özünə güləcəksən.
Mən ki, gəlməyəcəm .

Telefona ,saata
Min dəfə baxacaqsan .
Yeri ,göyü ,dünyanı
Sənə bağlı hamını ,
Günahkar sanacaqsan .
Mən ki, gəlməyəcəyəm…

Özünü boş körpüdən,
Atmaq istəyəcəksən.
Bütün bəlalarına

Səbəb sən ola ola
Günahı mən tərəfə

Atmaq istəyəcəksən,
Mən ki, gəlməyəcəyəm…

 

 

 

 

 

Share: