Sənə yazılan şeirlər bax bu gecə öldü

Efkan ÖTKÜN

İTİRMƏK QORXUSU

Məndə olan şəklin ki, var
istehzalı təbəssümlə baxan şəklin

Nə etdim bilirsənmi?

Asdım o şəkli hədəf taxtasına

Keçdim qarşısına nifrətlə.

Bilirsənmi?
Düz iyirmi qurşun sıxdım alnının ortasına,
Səni öldürmək istedim!
Beynin dağılmışdı,  ölmüşdün sanki!

Ya da elə olmasını düşündüm bir an!
Ama gözlərin hələ gülürdü.

istehzalı təbəssümlə

O güldükçə mən qəhr olurdum.
Oturdum uzun uzun düşündüm

Oooof of.
Anladım ki öldürdüyüm sen deyilsən,
əsil öldürmək istediyim,
içimdeki itirmək qorxusudur!
Bax,  bu üzden vurdum səni.

İndi ürəyinde məhbusam.
Bəlkə bir gün

peşmanlıq maddəsindən yararlanar,
Azad bir insan olaram.

Bax, o zaman, əfv etmən üçün,
Kim bilir kölən belə olaram.

***

Gün qaranlığa,
Ay ışığa,
Yaxşı pisə,
Hər gözəl bir çirkinə məhkum.

Ulduzlar gecəni sevər

Mən səni qaranlıq tərəflərinle
Aydınlıq saçan obrazınla

Yaxşılığın və pisliyinlə
Göz qamaşdıran çirkinliyinle sevdim

Ən gözəl gecələrim,
Hər sabaha günaydınım,
Sənin de günün aydın.

HANI

Hanı ayrılsaq hüzur tapacaqdıq

qanamayacaqdı içimiz

yanmayacaqdı barmaq uclarımız

hanı boşluğuna düşməyəcəkdikürəklərimizin

gözlərimizdə hüzün

dodaqlarımızda acı təbəssüm

söylə göy üzümü dəlindi

hansı mövsümün yanğısına su daşımaqdadır buludlar

bizi dara çəkməkdəykən tənhalığımız

nə zaman axsadı

şikəst oldu münasibətlərimiz

birdəfəlik maskalarla nə zaman olduq tənhalığın qəhrəmanı

tənhalar qəhrəman deyil ki,

lal bir sükutun arxasında gizlənmiş bədbəxtdirlər ancaq

axırıncı suala cavab axtararkən

sən susqun

mən də ki,

baxışlarında hüzün kölgəsi əskilməyən

ürəyini didən birisi

səbəbsiz

niyyəti sevmək olanın mənzili büsatdır deyiblər

indi durub üzümüzə hicran

onsuz da  saxta görüntü yarada bilmirik

var ikən dilimizdə yumyumşaq kəlmələr

çox sevdiyini söylə də sən rahat et, barı

qoy dinsin göz yaşlarımız

susuz səhralar kimi alov-alov yanan o iki ürəkdə

bir eşqi cücərdə bilmədik

qoy yansın mənim ürəyim

gəlsin yoxluğuma yoxluğun yoldaşlıq etsin.

ÇARƏSİZLİYİNDƏ ÇARƏSİZƏM

Ah sevdiyim
bu gecə də saç diblərimdən qanayıram
yoxluğunun üzgünlüyünə
həyəcanlı toxunuşlarla
barmak uçlarımda yanığım

damla-damla  yanağdan süzülən göz yaşlarında
hıçqırığın, hıçqırığım
çarəsizliyin, çarəsizliyim

ah mənim ürək üzən sevdiyim
ürək üzməyin
məndə   can çekilişi
ömrümdə mövsüm dəyişikliyi
hüznümə xəzan geydirən əcəl köynəyi
çarəsizliyinde çarəsizəm

tökülürsə qaş-qabağın
susqunluğuna susaram
başım çiynimə düşər
boyun bükər qəhr olaram
quruyur sevgi baxçasında çiçəklərim
sovrulur bilinməzlərə xəyalım

əllərim səmaya uzanır
“sevdiyimi çarəsiz qoyma Rəbbim”
hər dildə
bilinməz dualar edərəm

çoxmu bağırıram?
xeyir!
sadəcə hayqırıram.
varsın olsun.
istərsə hər kəs duysun.
çoxda ki, yanımda yoxsan.
herşeye rəğmən, səbəbsizcə səni çox,

lap  çox sevirəəəəəəəəəm!

“HAQQ” DEMİRƏM YANLIŞ ANLAŞILAR

kabus kimi keçən bir gecədən sonra
ya qısmət deyərək dalmışam yuxuya
bəlkə günəş maviyə boyanar
içindƏ ümid, sevgi, eşq barındırıb oyanar sabaha

hələ  gün ağarmadan
üzümə günahım oxunub verilər edam qərarımı

türlü-türlü dəlillər qarşısında susaram

bir yerdən sonra

bu nə kabusdur deyə titrəyər dodağım

qorxaram

dua etsəm belə bəddua deyə yazarlar əleyhimə

sanki əhəl-həqq deyən

mən Həllac Mansur

o Cüneydi Bağdadidir

fərmanlar verir qətlimə

nəhayət yaxalanaram
önce elimi uzadıb
bileklerimi kəsərlər
yenə “haqq” demərəm yanlış anlaşılar
başımı bədənimdən ayıraraq, nəşim yandırılar
külüm ərşi  əlaya sovrular

nəhayət oyanaram onda
yaxşı şeyler diləmərəm
ne bu günə
ne de gelecek bir günə dair
qorxaram yanlış anlaşılar

VƏSİYYƏT

Eşqə sadiqliyimi bilirsən
atam da anamı elə sevərdi
elə dərin, elə içdən

bu üzden
isyanımı anlamadınsa
açıb ürəyimin halına baxarsan

dayarsan başını
qara buludlarla bəzənmiş göyün sinəsinə

axıdarsan  hüznü kirpiklərindən

sana yazılan şeirler bax bu gecə öldü
xəncərlənincə arxasından arzular
səhifələr qana bulaşıb
töküldü hece, hece üreyimdən

ah,  kaş sənə  nifrət edə bilsəm
boğazıma düyünlənən qorxuları qusardım

ama  mümkün deyil

gecələr boyu xəyal  yorgunu bir dəli
nərdivanlar quraraq ulduzlara
dayandırmaq istəyir ay dönüşünü,

gün doğuşunu
biraz daha qalsın xəyalımda  deyərək

baxıram
ayaqlarım altından nərdivanı çoxdan çəkmisən
getməyin asan olduğu gerçəkkən
mən sənə dönərkən
bir daha yıxılaraq ölürəm

sənə vəsiyyətimdir
məni xəyal məkanında
aşiqlər məzarlığında basdır

GÜNAYDIN

Nə edək  sevdiyim
bu sabah  günə kasıb oyandım!
və sənə, dadlı bir təbəssüm,
isti sevgidən başqa bir şey verə bilmədim.
bu üzdən, əfv et məni!

MƏN ÖLƏRƏM

Neçə dəfə  dedim,bilsən,
böyütmə hər olayı sən
olur bir gün çıxıb getsən
dayanamam mən ölərəm.

gərək var mı ki bəyana
uğrayıram həp hicrana
yetər,gülüm, qıyma mana
Sən gedərsən mən ölərəm.

Tanrı deyə tapdım sana
necə qıydın sən bu cana?
toxunmadım başqa tənə
toxunarsam mən ölərəm.

AHIM

Məndən ahmı istədin
ahım yoxdur ki mənim

bir tək bildiyim ahlar
dilə düşən eyvahlar

üstünə alacaqsan
yığılıb qalacaqsan
sətir- sətir misrada
saralıb solacaqsan

vaz keçdim süsləməkdən
yazdığım misraları.

heçdən anlamam zatən
qafiyəm yoxsa qalsın

açıqça söyləyirəm
söylədim gərəkəni.
üstünə alan alsın,

Bu korlar yetməz ona
su daşırsam namərdəm.
qoycehennemde yansın.

dilərəm yaxdığın qədər
bir gün sən də yanarsan.

təbii bunlar da yetmez
hər ooooof deyə inləmən
ta ki ərşə dayansın…

İBADƏTİM

bir şeir düşsə saçlarından
düşsə ulduzlar uçlarından
və mən diləklər tutsam
ömrümü ömrünə calamazmıydım

ağladığında
nə qədər çirkin olduğunu bilirəm
açarmıydı dodağında təbəssüm
gəmzələrində bəyaz güllər
qoxarmıydı yasəmən
toxunmaya qıymadığın tənin

güldüyünü görüncə
bir bayram sabahı kimi
içim pırıl-pırıl
namazımda
niyazımda
ibadətimdə
adını hey anmazmıydı dilim

adını andım deyə
eşqə nadan biri
məsələn
Cüneyd-i Bağdadi kimi
qətlimə fərmanlar versə
ve o an qəlbim dursa
bir daha vurmamaq üzrə
içimə gömmezmiydim səni

eşqim
röyam
arzum
dodağımda gülüşüm
asılırsa üzün
düşər dodağıma hüzün

haydı gül desəm
mənim üçün gülərmisən

Azərnaycan türkcəsinə Xatirə FƏRƏCLİ uyğunlaşdırdı

 

Share: