Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

XATİRƏ RƏHİMBƏYLİinin ANA pyesi

İştirak edirlər:
Leyla – 44-45 yaşlarında
Rüstəm – 45-48 yaşlarında,Leylanın əri
Pərvizv – onların oğlu,23-26 yaşlarında
Nərgiz – 23-24 yaşlarında,Rüstəmin qızı
Mənsur -23-26 yaşlarında Nərgizin həyat yoldaşı
Familə -Mənsurun anası 50-52 yaşlarında
Züleyxa
Nəcibə qonşular
Sənəm 
Həkim

 I pərdə

Səhnə açılır Rüstəmin evində. Qonaq otağı səliqəylə döşənilmiş. Pəncərədən həyət görünür Pərviz divanda əyləşib kitab oxuyur.Nərgiz əsəbi halda ora-bura gedir, nəyisə götürüb qoyur, hiss olunur ki, özünə yer tapa bilmir.
Leyla kənarda, kresloda əyləşib , nə isə tikir və hərdən- hərdən başını qaldırıb qıza baxır. Nərgiz qəfil əlindəki meyvə qabını yerə çırpır. Pərviz cəld qalxıb bacısına səmt gedir, onun çiyinlərindən tutub gətirir, öz yanında əyləşdirir. Leyla səbi,rlə əlindəki tikməni bir kənara qoyub ayağa qalxır,qabın sınmış hissələrini yığır,bayıra çıxır.
Pərviz: (sakit səslə)— Olmaz axı, bacı özünü yorursan,, onsuz da anamız geri qayıtmayacaq. Atamızı biz özümüz məcbur etdik axı evlənməyəŞ bunun günahı nədir? Özün də görürsən ki, pis adam deyil…
Nərgiz: – İstəmirəm, istəmirəm. Yaxşıdır özünə, lazım deyil mənə…Anamın yerini tutub… Yazıq anam ömrünü uçuq damda çürütdü. Busa xanım kimi daş otağa buyurdu (ağlayır)
Pərviz: – Mən səni başa düşmürəm, bacı. Razı deyildin, qoymayaydın atam evlənə.İndi gecdi.Özünə zülm edirsən. Sənin bu hərəkətlərin ona da zülm verir axı.
İnsaf da yaxşı şeydir.Sən ki başa düşən qızsan.
Nərgiz:—Bacarmıram özümlə, nə edim,bacarmıram. İstəmirəm, qoy çıxıb getsin. Mən atamın hər əzabına dözərəm.
Pərviz: – Səhvin var ,Nərgiz, sən ağıllı qızsan ,bir fikir ver , bu gələndən atamız içkini atıb, yaxşılaşıb elə bil. Gərək atamızın xatirinə zəhər də olsa, yalayaq.
Nərgiz:- (ağlayır) Axı bizim taleyimiz niyə ikiləşdi?! Biz neyləmişdik Tanrıya? Nəydi yazıq anamın günahı?!
Pərviz:— Eh, nə bilim, bacı. Qismətiymiş. Bu da yazıqdı, bunun günahı nədir? Yarı yaşı ötüb, evi-eşiyi, ailəsi uşağı yox. Gələndən də əlindən gələni edib bizim üçün. Sən də əldən düşmüşdün işləməkdən,indi-indi babatlaşırsan. Təhsilində də irələyiş var.
Nərgiz (bədbin bir halda):- Eh, nə deyirsən de. Bacarmır urəyim bacarmayacaq da ölüncə.
Leyla əlində süfrə, məcməyi gəlir. Gətirdiklərini stola düzür və gedir.
Pərviz (stola işarəylə)– çoxdandı belə səliqəli süfrəmiz olmurdu, hə, Nərgiz?
Nərgiz— neyləyim, çatdıra bilmirdim, atamın əvəzinə işləmək, dərs yorurdu məni .
Leyla (xörəyi də gətirərək)— Buyurun süfrə başına.
Nərgiz (xüsusi vurğuyla)—Atamsız?
Pərviz— Atam özü dedi ki, gözləməyin.Şəhərə gedəcəkdi. Qalx, qalx..
Pərviz Nərgizin çiyinlərindən tutub süfrə başına gətirir.
Leyla— Pərviz, oğlum, əllərinizi yuyun. (Nərgizə işarəylə) Gözüyaşlı süfrə başında əyləşmək günahdı axı.
Nərgiz (əsəbi) –– Öyrəşmişik biz. Anamdan sonra mənimçün heç bir fərqi yoxdur.
Leyla Nərgizə məhzuncasına baxaraq heç nə demir.
Nərgiz (Leylanın baxışlarına dözməyərək hönkürür)
— İstəmirəm, istəmirəm!!!
Pərvizin köksünə qısılır.
Leyla çııxr.
Nərgiz— O mənə niyə elə baxır? Nə demək istəyir? İstəyir ki, ona yazığım gəlsin?
Pərviz (ovuducu bir səslə)- Mat qalmışam sənə, Nərgiz, sənin yumşaq ürəyin birdən-birə niyə belə daşlaşdı? Sən ki “atam içkini atsın, hər şeyə razıyam” – deyirdin. Yadından çıxıb?Nəzir də qoymuşdun ki, atam yola gəlsin. “Anamızı itirmişik, barı atamızı itirməyək”- deyirdin. Atamın əəvzinə idarəyə gedib- gəlməkdən yorulmuşam deyirdin.
Nərgiz- Demə, sən Allah, demə. (Leyla əlindəki su qabı və ləyənlə daxil olur) başımı itirmişəm. Hec özüm də özümü tanımıram.
Leyla (Nərgizə)- Qızım, əllərini yu.
Nərgiz və Pərviz heyrətlə ona baxırlar.
Nərgiz (həyəcanlı)- Yox, yox , siz zəhmət çəkməyin. (qabları alıb çıxır)
Pərviz (Leylaya, çəkinə-çəkinə)— Siz onu bağışlayın O, bir az….
Leyla (gülümsünür)– başa düşürəm, oğlum…
Nərgiz gəlir.
Onlar süfrə başına keçirlər.Leyla çay süzür, xörək çəkir, sonra əyləşib gülümsər nəzərlərlə onlara baxır.
Nərgiz— Siz də… yeyin.
Leyla gülümsənərək susur.
Pərviz— Xahiş edirik….Yoxsa süfrə sizdən küsər.
Leyla— siz yeyin, narahat olmayın. Sizə tamaşa etmək mənimçün elə hər şeydir.
Həm də Rüstəm saat 3-ün yarısı gələcəkdir. Biz də onda yeyərik.
Nərgiz Pərvizə baxır.
Nahar bitir.
Pərviz— sağ olun
Leyla— Nuş olsun (Qalxıb yığışdırmaq istəyir)
Nərgiz— Siz əyləşim, mən özüm
Leyla— Sən narahatsan qızım, əyləş
Nərgiz— Xahiş edirəm, mənə qızım deməyin.
Leyla –– Niyə, qızım?
Nərgiz- Mən o sözü yalnız öz anamdan eşitmək istəyirdim.
Leyla— Mən öz….
Nərgiz— fərqi, yoxdur, bu mövzuya qayıtmayaq.
Leyla—Yox, qızım, aydınlaşdıraq, özgəydimsə, özgəni niyə evinizə buraxırdınız?
Nərgiz çaşqın nəzərlərlə Pərvizə baxır.
Pərviz— Siz gərək bizi başa düşəsiniz,anamızın yerini tutan birisinə “ana” deməklə biz anamıza xəyanət etmirikmi? Bax, buna görə istəmirik bizə “oğlum”,”qızım” deyəsiniz. Biz sizi atamıza görə qəbul etmişik. Atamıza, elə bizim özümüzə olan münasibətinizdən çox razıyıq.Amma sizi ana kimi qəbul etmirik.İnsanın bir anası, bir atası olur, Tanrısı kimi.Bizim anamız xoşbəxt qadın deyildi.O, günahsız idi. Nakam getdi.Ona xəyanət etmək istəmirik.
Leyla— Onun nakam olmasında mən günahkarammı, oğlum? Mən heç onu tanımırdım. Mən onun ailəsini dağıtmamışam,mən onun yerini zorla tutmamışam.Sadəcə olaraq, mən onun yarımçıq ömrünü davam etdirirəm.
Nərgiz— İnciməyin, axı bu haqqı anam sizə verməmişdi.Əgər o bundan narazıdırsa, siz günahkarsınız.
Leyla— Siz hardan bilirsiniz ki, o bundan narazıdır.Məgər sənin anan sənin qayğısız, zərif çiyinlərinin ağır qadın yükü altına düşmədən, qardaşının rahat, səliqəli, atanızın isə sizdən arxayın həyat sürməsinə narazıdırmı?
Nərgiz— Əgər o buna razıdırsa, lap pis.
Leyla— Niyə?
Nərgiz— Demək o bizi sevir, bizsə əvəzində nankorluq edib bizi sevən kəsin yoxluğunu hər dəqiqə hiss etmək əvəzinə, onun ömrünün ən xoş çağlarını yaşayan birisini “ana” deyə çağırırıq.
Leyla— Onu mən yaşamaqdan məhrum etməmişəm. Üstəlik onun yarımçıq arzularını yaşadaraq onu da yaşadıram mən. Bir də.. Siz çox ədalətsiz hökm verirsiniz. Bir insan kimi o ömür payının əvvəlini, mən isə sonunu yaşayıram. Bizim ömür payımız üst-üstə gələrək bir bütöv ömür yaradır. Və sizin ananız bu şərikli ömrün səadət payının çox hissəsini yaşayıb. Mənəsə…. Elə bilirsiniz sizin acı sözlərinizi udmaq asandır? Xeyr fikirləşəndə ki, tənhalıq daha dəhşətlidir, dözürəm.
Pərviz— (Leylaya) Yox, belə bədbin danışmayın.Biz ki, Sizə qarşı hörmətsizlik etmirik. Bütün ev- eşiyi, həyət-bacanı, hətta bütün ailənin üst- başını siz müəyyənləşdirir, siz qaydaya salırsınız.Hətta atamın, yeri gələndə bizim də vəzifə, iş, şəxsi planımıza belə əl gəzdirirsiniz. Bir sözlə, siz tam hüquqlu ailə üzvüsünüz.
Leyla— Ah, oğul, bütün bunları aylıq məvacibə qulluq edən mürəbbiyə də edə bilər.Mənim umduğumsa…
Nərgiz—Ana sözüdür,eləmi?
Leyla— Mənim həyatda heç nəyim yoxdu,qızım.İş adamı olmuşam.Mən ancq işləmişəm,qazanmışm. Mən insanlarla yalnız iş adamı kimi təmasda olmuşam. İş saatı qurtaran kimi dincə qoyulan, təmirə dayanan dəzgah kimi suslmuşam. Bir insan kimi çox şeyi itirmişəm.
Pərviz (maraqla)—Siz axı niyə özünüzə vaxtında yuva qurmamısınız?
Leyla bir anlıq sarsılır, qabları yığışdırmaqla özünü məşğul göstərmək istəyir.
Nərgiz—(onu izləyərək,əlindən tutur) Mən sizi incitməyəcəm, amma Sizə heç vaxt ana deməyəcəyəm.
Nərgiz qabları götürüb çıxır. Pərviz divanda əyləşir.Leyla sarsılmış halda Nərgizin arxasınca baxır.

Rüstəm gəlir.
Rüstəm— İndi məni təbrik etmək olar,bütün gücüm və qüvvətimlə işə girmişəm.Müəssisəmiz rekord nəticələr əldə edib- bir həftədə bir milyard!
Pərviz— Təbrik edirəm, ata.Bizi müəssisəmizin qazancından daha artıq, axır ki, sənin öz istedad və bacarığından lazımınca istifadə etmək cəhdin sevindirdi. (yaxın gəlib atasını öpür.) Uğurlar! Nərgiz daha öz arzuları barədə düşünə bilər…(çıxır)
Rüstəm ( Leylaya yaxın gələrək)– Kədərlisən… Sənin gözlərini gülən görsəydim, dərdim olmazdı.
Leyla (zarafatla)— Müssisənizin hesabına gözlərimdə komediya teatrı tikdirərsən
Rüstəm (Leylanın çiyinlərindən tutaraq gözlərinin içinə baxır).—- Zarafata keçmə.Niyə gülmür gözlərin? Bəlkə xətrinə dəyən olub?
Leyla— Eh, ay Rüstəm, qocalıqdandır,kimdi mənim xətrimə dəyən?
Rüstəm— Yox, düzünü de. Barışmayıb hələ də mənimlə ürəyin, eləmi (pauza)Əgər elədirsə, mən qayıdacağam yenə küplər dünyasına.
Leyla(təlaşla)— Yox, bunu eləməzsən.
Rüstəm—Niyə?
Leyla—Çünki bilirsən ki, mən bilərəkdən ömrünü şəraba və tiryəkə qurban verənlərə nifrət edirəm.
Rüstəm(Leylanın çiynindən tutaraq özü ilə divana gətirir,əyləşirlər)– Bilirəm,Leyla. Amma sən də onu bil ki, sənin kədərin nifrətindən yüz qat dəhşətlidir.Mən həyata yalnız və yalnız sənin xoşbəxtliyinçün qayıtdım.
Leyla—Mən xoşbəxtəm, Rüstəm.
Rüstəm— Aldadatma məni, Leyla, mən bilirəm ki, uşaqlar hələ də səni qəbul etməyiblər.Odur ki, kədərlisən.Əgər belə getsə, mən bütün həqiqəti açıb danışacam onlara.
Leyla— Həmin gün də məni itirəcəksən.
Rüstəm- Ah, əzizim,sənin böyüklüyünü duyduqca qətiyyətsizliyimdən etdiyim günahların məni nə qədər cılızlaşdırdığı gözüm önünə gəlir. (əzabla başını əllərinin arasına alaraq) Bax, belə anların acısına dözmək olmur, içməsəm,həyatın varlığını unutmasam, dözə bilmirəm.
Leyla (təlaşla)—Yox, Rüstəm, yox. (saçlarını qarışdırır) olmaz! (gülümsünür).Sən məni incitməzsən,düzdürmü? (Nərgizi səsləyir) Nərgiz, atan yemək istəyir.
Rüstəm—Yox , Leyla, o niyə…yorğunsansa mən özüm..
Leyla— (qiısıq səslə ) Məsələ yorğunluqda deyil, Rüstəm.Hiss edirəm ki, o səni mənə qısqanır.Sənə qulluq etməkdən xüsusi zövq alır. (tikməsini götürüb pəncərəyə yaxınlaşır).
Nərgiz— Salam, ata (əlindəkiləri stolun üstünə qoyur).
Rüstəm— (süni təəccüblə) Qızım, məni öpmədin…
Qız— (Onu öpərək ) Nahara niyə gecikirsən, ata? (zarafatla) Elə bildim yenə dostlarınla….
Rüstəm (suni peşmançılıqla)– hə.., dostlarımla getmişdim….(qız heyrətlə baxır . Rüstəm gülərək ) hesablamağa. Həə, heç məni təbrik etmirsən.Müəssisə xeyli irəliləyib.
Nərgiz (zarafatla)— Çox da öyünməyin. Əgər xanımınızın köməyi olmasaydı, yəqin ki, müəssisəniz bağlanacaqdı.(çıxmaq istərkən)
Rüstəm (gülərək)– Ay şeytan,.. Dayan, bəs niyə xanımınız?..
Nərgiz— Vay, duzu unutmuşam (çıxır)
Leyla— Belə şeylərə qarışma,Rüstəm..
Sükut. Rüstəmin əsəbiliyi hərəkətlərindən hiss olunur.
Leyla— Nərgizdən bu barədə heç nə soruşma.(Gülümsünür, hədələyici ahənglə) Xörəyini soyutma, Bizim ailə büdcəmizə zərər vurursunuz, vətəndaş.
Sükut. Leyla Rüstəmə yaxınlaşır, onun saçlarını sığallayır.Rüstəm Leylanın əllərini tutur və onun gözlərinin içinə baxır. Bir müddət bu cür dayanırlar.
Leyla (gülümsünərək)— belə lazımdır, Rüstəm..xörəyini soyutma.
Rüstəm (qəmli-qəmli)– Ay duz!
Leyla uzaqlaşır. Nərgiz gəlir.
Rüstəm- (zarafatla)– Ay istiot!
Nərgiz— (suni incikliklə) Ata, sən əvvəllər mənə “bal balam”, ”şəkər balam” deyərdin. İndi istiot olmuşam, hə?..
Rüstəm (zarafatyana izah edir)– Hər şey zaman dəyişdikcə öz tərkibini dəyişir axı, qızım.Sən də əvvəllər bal idin, indi vaxt keçib, istiot olmusan.
Nərgiz (şıltaqlıqla)— yox, ata, mən dəyişməmişəm, mən yenə bal balayam, bax, bax (Rüstəmin öz gözündən öpür, Leyla gülümsər və məhzun baxışlarla bu mənzərəni seyr edir)
Rüstəm (Qızı yanındakı stolda əyləşdirərək)– Mənim bal balam, şəkər balam, ağıllı balam. Sən həmişə məni başa düşmüsən, mənə elə gəlir ki, indi də buna çalışarsan (Leyla və Nərgiz təəccüblə ona baxırlar) Bilirsən, qızım, bizə ailə xoşbəxtliyi lazımdır. Siz körpə uşaq deyilsiz ki… Siz Leylanı ana kimi qəbul eləməlisiniz.
Leyla (təlaşla)— Rüstəm!
Rüstəm— (Bir az tərəddüdlə) Bilirsən, mənim əvvəlki həyatıma qayıtmamağım üçün ailəmizdə mehribanlıq görməliyəm.
Nərgiz ( Leylaya qınayıcı nəzərlərlə baxaraq)— Biz neyləmişik ki, ata, biz ki, bacardığımız qədər ona hörmət edirik.
Leyla— Rüstəm, axı…
Rüstəm— hörmət azdır, qızım, sən bəzi həqiqətləri bilmirsən. Ailəmizin səadəti üçün Leyla xoşbəxt olmalıdır.Bunun üçün siz onu ana kimi qəbul etməlisiniz.
Nərgiz (Leylaya diqqət edərək)— Bunu səndən o tələb edir?
Rüstəm— yox, qızım. Bunu mən tələb edirəm.
Leyla (ümidsizcəsinə) —Rüstəm, Rüstəm …sən neynirsən?
Rüstəm— Sən çox şeyi bilmirsən, qızım, mənim bunu tələb etməyə haqqım var.Bilirsən…
Leyla(təlaşla) —Rüstəm! Rüstəm, sus Allah xatirinə.
Nərgiz(Leylaya acıqla baxaraq)–.Qoyun desin,xanım, mane olmayın.Hə, ata.
Rüstəm (sözləri uzada-uzada)— Mənim şərabdan ayrılmağım üçün mütləq Leyla xoşbəxt olmalıdır. Bilirsən, Nərgiz sən ki, bilməlisən ki, Leyla mənim çoxdankı…
Leyla( Rüstəmə doğru yüyürərək,uca səslə )—Rüstəm,sən neynirsən?
Qız (şübhələnmiş)– De, ata,de,de.Demək “çoxdankı”..Eləmi? (Acıqla Leylaya tərəf dönür) Özünü mələk kimi aparır.Sonra ata, susma danış…
Leyla—Rüstəm ,Allah eşqinə (ağlamsınır,ümidsiz) unutdunmu, şərtimizi?
Nərgiz(çılğıncasına Leylaya)— Mane olmayın, mən hər şeyi bilməliyəm,axır ki…De,ata, de,de! Çoxdan tanıyırsan eləmi? Anam səndən buna görə nigarandı,eləmi? Anama bütün ömrü boyu əzab verən bu idi,eləmi? (Qışqıraraq) de,ata, de.Qorxma,de. (Əsəbi şəkildə)
Leyla Nərgizə səmt gedir,onu sakitləşdirmək istəyir.Nərgiz onu rədd edir.
Nərgiz—Dəymə mənə, dəymə,dəymə! Ah, ata barı heç olmazsa özgəsi ilə…Sən, sən,sən……Anacan,ana…
Ağlayaraq çıxır.
Leyla (onun arxasınca)— Nərgiz! Rüstəm…. Sən neylədin,Rüstəm?…
Halsız stula əyləşir,xeyli hərəkətsiz qalır.
Rüstəm (çaşqın,özünü itirmiş kimi)Mən…axı…Axı o bilməliydi ki, sən günahsızsan…Axı həqiqət….
Leyla— (Üzgün səslə)—Belə həqiqət olurmu, Rüstəm?
Rüstəm (onun əllərini tutaraq)— Leyla…
Leyla (donuq və hərəkətsiz)— Həqiqət acı həbdi,Rüstəm, onu gərək hissə-hissə qəbul edəsən.Sən bir ovuc zəhəri tökdün o körpənin boğazına.Ah, bu həqiqəti heç mən….(əzab çəkə-çəkə) Mən- həyatın sərt reallıqları içərisində daşa dönmüş ürək gəzdirən mən qəbul edə bilmirəm (ağlayır) O körpə bu dəhşətli həbi həzim də biləcəkmi,Rüstəm? Ah, ah (ağlayır).

Rüstəm çaşqın. Bir əli ilə alnını ovuşdura-ovuşdura Leylaya baxır. Leyla eyni donuq vəziyyətdə əyləşib.Pərviz gəlir.

Pərviz— Nolub burda?…Nərgiz niyə ağladı? Kim dəydi onun xətrinə?.. (Leyla baxır, sükutdan bezikmiş) Axı nolub burada?
Rüstəm— Mən,oğlum, mən həmişəki kimi özüm-özümə balta vurdum.Mən həmişə özümə quyu qazımışam. Özümü məhv eləmişəm, məhv olmaqçün doğulmuşam mən! Əzəl gündən gətirmir mənimki.mənim yerim alatoranlıqdır.Mən səadət günəşinin istisinə qızınmaqçün doğulmadım.(uca səslə) Hay! (içindəki həyəcanı, söndürmək üçün vulkansayağı ) ha-ha-hay! Pauza, Leylanı qarşısına gəlir.Düz demirəmmi Leyla?! (Leyla hərəkətsizdir) Rüstəm onunqarşısında dayanır . Səni gördüyüm günə daş düşəydi! Səni tanıdığım,tanıdığım günə daş düşəydi!Səni itirdiyim günə daş düşəydi! Haay, ha-ha-hay (qalxıb pəncərə səmtə keçir).

Pərviz(bayaqdan bu səhnəni heyrətlə seyr edərək birdən) —Ata,ata! (Üzünü gözünü bir nöqtəyə zilləyərək hərəkətsiz qalan Leylaya tutaraq) Siz neyləmisiniz,xanım? Ata ilə övladı üz-üzə qoymaq bütün ögey anaların adətidir!!!

Leyla məhzun və gülümsər nəzərlərlə ona sarı çevrilir.
Rüstəm(sərt hərəkətlə dönərək) Sus,sus! (səsini alçaldaraq)— Allah eşqinə sus,Pərviz!
Pərviz(istehzalı bir səslə)– Ata, sən əvvəllər belə hökm verməzdin.İndi…
Rüstəm(yalvarıcı səslə)— Sus, oğlum,Allah xatirinə,sus..Başa düş məni….Axı…(duruxur) Axı…Pərviz,mən bəlkə də ömrümün son illərini yaşayıram…Amma yaşadığım illərin içərisində səadətli günlərim olmayıb..Axı (çəkinə-çəkinə) axı,Pərviz, mən də insanam,oğlum, daha uşaq deyilsən,başa düş ki, mən də xoşbəxt olmaq istəyirəm.Mənim də səadətə təbii insani meylim vardı…Axı…
Pərviz- (əsəbi) Ata, mən indi bildim ki, məhz sənin bu eqoist düşüncələrin öldürüb anamı.Bacımla işiniz olmasın !(istehzayla) Yaşayın özünüzçün.(əsəbi) Bizimlə işiniz olmasın!
Çıxır…(pərdə)

II Pərdə
Səhnə dəyişir.Pərviz və Nərgiz əyləşib söhbət edirlər.
Nərgiz— Nə vaxt yola düşürsən?
Pərviz—Bilmirəm…Düzü…bəlkə heç getmədim..
Nərgiz (təəccüblə)– Niyə ki?…
Pərviz— Səni tək qoyub getmək istəmirəm….
Nərgiz— Eh, onsuz da nə vaxt olsa, gedəcəksən, yaxşısı budur üzünü danlatma.
Pərviz— Nərgiz,belə getsə, heç vaxt getməyəcəm.
Nərgiz—Nə? Yoxsa məktəbi yarımçıq qoymaq istəyirsən?
Pərviz— Başqa çıxış yolum yoxdur. Ya gərək səni də aparam, ya da…..
Nərgiz (kədərli)— Düşməni üstümüzə güldürmə,Pərviz. Bu dağ mənə anamın dağından betər olar.
Pərviz—Onda gedək mənimlə.
Nərgiz— Bəs atam? Yenə içkiyə qurşanıb. (Pauza) Deyəsən,atam heç bununla da xoşbəxt deyil.Həmişə kədərli,fikirli.(Pauza)…Atam bizim fikrimizi çox çəkir .Əgər onu atıb getsək,qüssədən,Allah eləməsin birtəhər olar.Bir də hərə ağzına gələni danışır,hərə bir bəzək vurur.O gün mənim ağlaya-ağlaya həyətin ayağına getməyim dillərdə dastan olub,Çoxu məndən söz almaq istəyir.Onları başdan eləsəm də, hiss edirəm ki, küncdə-bucaqda bizdən danışırlar.İndi ikimiz də bir-birimizə qoşulub getsək….Atam da yaman içir… Xanımın isə dünya vecinə deyil. Zalım qızı heykəldi elə bil. Nə məssəbə qulluq elədiyi məlum deyil.
Pərviz—Yox, Nərgiz,elə demə. O da hansısa gizli əzabla çırpınır.Dərdlidi… O gün bir nəğmə oxuyurdu iliyimə işlədi.
Nərgiz(istehzayla)— hansı mahnı,həmişə oxuduğumu?
Pərviz— Nə bilim,həmişə oxuduğunu bilmirəm.
Nərgiz— Həmişə zümzümə edir.Deyəsən elə bildiyi odur.
Pərviz(qayğılı)— Amma yaman kədərli oxuyur.
Nərgiz—Fərqinə varmamışam.Heç qulaq da asmıram

Sükut
Pəviz—Atam pul verdi,götürmədim.
Nərgiz— Nə vaxt?
Pəviz— Bu səhər.
Nərgiz-(uzada-uzada) Deyirəm axı, içirdi.(kədərli) Dəymə atamın xətrinə, Pərviz (qayğılı) yox,yox incitmə onu.Onluq bir iş yoxdu.
Pərviz (xəyaldaymış kimi)— “Ev danışmışam”-gedirdi-“ alacam,məktəbi qurtaran kimi,evlənərsən”
Nərgiz(təəccüblə və istehzayla)—Bəlkə xanımının məsləhətidir,başından eləmək istəyir səni.
Pərviz— Yox, Nərgiz elə deyil.Bu məsələdə bir az insaflı olmaq lazımdır,mən axı onsuz da bura qayıda bilməyəcəm.Mənim işim, sən ki, bilirsın,yalnız dənizdədir.
Nərgiz (bir qədər fikirli) ––Yaxşı,hansı pulla alır evi?
Pərviz— Nə bilim. Amma çox arxayın danışırdı.
Nərgiz (qayğılı)— Qoy nə istəyir eləsin,dəymə atamın xətrinə.Bir halda ki,sən onsuz da şəhərdə qalacaqsan,daha niyə çətinlik çəkəsən.Razılaş atamla.

Leyla gəlir.Pərviz onu görərək qalxır.Leyla qayıtmaq istəyir.

Pərviz—Buyurun,xanım,mən onsuz da gedəcəkdim.Kitab oxuyacaqdım (çıxır)

Nərgiz də Leylanı süzərək çıxır.Leyla pəncərəyə səmt gedir.Pərvizlə Nərgizi baxışlarıyla izləyir.Sonra geri dönərək gəlir.Otaqda dolanaraq kədərli bir səslə oxuyur:

Səni sevmək günahmış,
Suç üstdə yaxalandım.
bir dəlil,sübut kimi
Alındı eşqim,andım.

İllər uzunu çəkdi,
Araşdırma,təhqiqat.
Ən ağır cəza kəsdi ,
Mənə bu zalım həyat

Eşqin boynumda zəncir,
Mənə məhbəsdir komam.
Ah ,o gündən ömürlük
Yaşamağa məhkumam..

Mahnı oxuduğu müddətdə gəzə-gəzə üzü divara dayanır.

Rüstəm gəlir.Asta addımlarla ona yaxınlaşıb çiyinlərini qucaqlayır.Leyla diksinərək arxaya dönür.Rüstəmi görüncə başını onun köksünə sıxır.Xeyli susurlar.
Rüstəm (acıyla)— Ah, Leyla,Leyla! Ömrümdə ikinci dəfədir ki, dəlicəsinə peşmanam.Birinci dəfə amansızcasına qətiyyətsizlik etdim, ikinci dəfə dəlicəsinə cəsarətlilik. Heç olmazsa,Leyla, sakit yaşayırdın.Peşmanam səni itirdiyimə.Elə bildim gec də olsa, səhvimi düzəldərəm.Bacarmadım.Böyük ürəkli insanları xoşbəxt edə bilmək qəhrəmanlıqdır. Mən qəhrəmanlığı bacarmıram.
Leyla (hıcqırırmış kimi)— Rüstəm!
Rüstəm—Qulaq as,Leyla,istəyirsən qayıt sakit həyatına.Mən şəxsi səadətim üçün pozdum sənin rahatlığını.
Leyla (acısını özündən qovurcasına)— yox,Rüstəm ,yox! (Pauza) daha mənimçün fərqi yoxdur…

Sükut

Rüstəm— Üzmə özünü … Daha uşaqlar da sakitləşiblər…Sənə də hörmət edirlər.
Leyla-(ağlayaraq) Yox,Rüstəm,yox,mənə lazım deyil hörmət.İstəmirəm,istəmirəm (hıcqıraraq)
Mən həmişə özümün ən şirin arzumu belə kiminsə cılız,sönük istəyinə qurban vermişəm.Görünür yaxşılığında həddi varmış … Niyə mənim öz doğma balam belə mənə “ana” deməsin? Niyə öz doğma oğlum belə bu sözü məndən əsirgəsin? Niyə,niyə ( yalvarırcasına ağlayır) Rüstəm,axı sən bilmirsən,mən necə dəlicəsinə ana olmaq istəyirdim. ( Rüstəmə yaxınlaşır,üzündə həlim bir ifadə) sən axı bilirsən,Rüstəm,mənim bu duyğum sənə tanışdı axı…

Sükut
Leyla—Mən onu sənə ,kişi kişi köksündə böyüyər” deyərək verirkən ən böyük, ən acı səhvimi etdim. (əsəbi) Mən elə bildim mənim oğlum məni tanıyacaq,sevəcək.Ah,Rüstəm, onu necə də yad böyütmüsünüz!…
Rüstəm—keçib, daha keçib,özünü üzmə..Leyla,yalvarıram,sənin hər bir əzabın mənim min qat artıq əzabımdır. Razıyam,bu əzablarım daha min dəfə artsın,amma sən üzülmə.
Leyla—Eh, Rüstəm,Rüstəm,biz acıları bir-birimizə qıymaya-qıymaya dünyanın ən dəhşətli acısını daddıq…Biz dərdi bir-birimizdən gizlədə-gizlədə böyütdük,ucaltdıq.O qədər böyütdük ki, boyuna boyumuz,zoruna-zorumuz çatmadı.
Bir-birlərinə sıxılaraq dururlar.
Sükut
Leyla— Eh, bir az yüngülləşdim,heç belə ağlayığım olmamışdı….
Rüstəm(nəyisə xatırlayıbmış kimi)— Niyə? Yadındadı,bir dəfə xətrinə dəymişdim (gülümsünür) ağladın,hələ bundan betər ağladın.Neçə gün küsülü qaldın.Bir dəfə də kəbin kəsdirdiyimiz gün … yadındadı…
Leyla ( xəyallanmış və gülümsər)— Anamgilə demişdim ki, heç kimi yoxdur,dostları gələcək bizə elçi.Yadındadı Vaqifin artisliyi.Deyirdi “oğlanın dədəsi mənəm” “Yetim bəy” deyirdilər sənə.
Rüstəm–(kədərli)— Eh, kaş elə heç kimim olmayaydı,heç kim də bizi ayırmayaydı.
Leyla (xəyallı)—Axırıncı dəfə ürəkdən körpəni sənə verən gecə ağladım.Doyunca,ölüncə ağladım.Elə bil o gün,o gecə tükəndi göz yaşım,daşa döndüm.
Rüstəm— Mən də elə həmin gündən içməyə başladım.”Niyə gətirmisən bu yetimçəni mənə” dedi..”Mən yetim saxlayanam”. “Yetim niyə olur özcə balamdı”-dedim,-anasını perik saldın,balasınıda çölə atan deyiləm ki…bilirdin ki-dedim,-ailəm,uşağım var.razı deyilsənsə, gedə bilərsən-dedim.Söydü, söyləndi, qarğıdı.Mən içdim, ölüncə içdim..Gözü qorxdu elə o gündən,daha mənə pişim-pişimlə yanaşdı.Amma qəlbim qırılmışdı,içirdim,içirdim ki, hər şeyi unudum.Nərgiz doğulandan sonra” sən pyaniska,mən də tək ikisinə də baxa bilmirəm,apar uşaq evinə qoy”– dedi.Sonra da özü apardı qoydu.O gün də möhkəm içdim ölüncəyədək içdim.
Leyla—Bəs Pərviz onu niyə bu qədər sevir?
Rüstəm—Pərvizi uşaq evindən çıxaranda artıq o ölmüşdü.Aldatdım Pərvizi, dedim anan vərəmdi,sənə də düşməsin deyə səni ora qoymuşduq.İnandırım ki, başqa çıxış yolumuz yox idi.Sənə baxanımız yox idi.Qaynanamgilin bir-birinə çox soyuq qohumluq münasibəti bu yalanımı sübuta yetirdi.İnandı Pərviz soruşanda ki,bəs məni niyə tək qoymuşdunuz ora,Nərgiz qalmışdı sizinlə,dedim o qız uşağıydı,ona görə.Yaş kağızındakı fərq də diqqətindən yayınmamışdı. Dedim səhv düşüb,düzəldərik…Xərc çəkdim düzəltdim.Amma çox nahaq…sonra uşaqlara görə köçdüm kəndimizdən bura,kimsə həqiqəti deyə bilərdi onlara.Uşaqlar böyüyürdü,dost-aşna məni danlayırdı ki,az iç .Az içə bilmirdim.Az içən kimi sən gəlib dururdun gözümün qarşısında…
Leyla— Ah,Rüstəm!
Sükut
Leyla— Nə dedi Pəvviz ev məsələsinə?
Rüstəm- Qəbul eləmədi,xətrinə dəydi.
Leyla—İsrar elə,razı olar,səni çox sevir.
Rüstəm— Hiss edirəm ki,Nərgizin də ürəyi yumşalıb.
Leyla- (qayğılı)—Hə..o da qəbula getməlidir.Bu il,sonra gec olar.
Rüstəm— Mənə kömək edir axı,mənə görə razı olmur.
Leyla— Sən içməyəndə köməkçi lazım olmur sənə.Nərgizlə sən danış.Mən işə qarışsam, tərsliyi tutacaq.
Rüstəm- ( gülümsər) Sənsiz iş aşmayacaq.Həm də gərək sən onunla məşğul olasan.Danışaram onunla da…(pauza) Eh, yaxşı deyiblər ki, nə əkərsən, onu da biçərsən.Mən vaxtında onları aldatmasaydım,indi də bu əzaları çəkməzdim.
Nərgiz və Pərviz gəlirlər
Nərgiz( işgüzar bir ahənglə)— Ata,biz səninlə danışmaq istəyirik.
Rüstəm(təəccüblə)— Nə barədə?
Nərgiz—Pərvizin evi barədə
Rüstəm (incik)— Səhər bu barədə Pərvizlə söhbətimiz olub,cavabımı da almışam.
Nərgiz ( nazlanaraq)— Eh, atacan, sən də təzə küsmək öyrənibsən.
Rüstəm (uşaq kimi burnunu çəkib üzünü qırışdırır)—Küsdürməyin, küsməyim də…
Nərgiz—Yaxşı,atacan yaxşı (boynuna sarılaraq onu öpür)
Rüstəm—Onda çıxaq təmiz havaya,Leyla da bizə bir əla çay gətirsin.
Çıxırlar.(pərdə)

III Pərdə

Həyət .Ağac və kolluqların sıx yeri.Alatoranlıq .Xəfif külək əsir deyə yarpaqların xışıltısı uzaqdan gələn bülbül səsi ilə həmahənk xoş bir musiqi yaradır.Ağacın yana əyilmiş yoğun budağı üstündə Nərgiz,yerdən qara daş üstdə Mənsur əyləşib.
Mənsur— Nə yaxşı gecədi.Adam heç istəmir səhər açılsın.
Nərgiz— Gecə deyil,axşamdır.Gecə olsaydı mən burada olmazdım.
Mənsur— Noolacaq ki, Pərviz də burada yoxdur.
Nərgiz— Nə olsun yoxdur,demək daha o burada olmayacaq deyə mən bütün gecələri bayırda keçirəcəyəm?
Mənsur—Yaxşı,yaxşı hirslənmə.( Uzada-uzada) Deməli, Pərviz birdəfəlik getdi? Yazıq, bezdi yeqin ki?
Nərgiz—(təəccüblə) Niyə? Nədən bezdi ki?
Mənsur (çəkinə-çəkinə)— Nə qədər olmasa, yenə analıqdı da….
Nərgiz— Əksinə, o bizi qoyub getmək istəmirdi,Amma iş yeri təkcə şəhərdədir,dənizdədir.
Sükut
Mənsur— Bəs harada qalacaq? Yenədəmi kirayədə?
Nərgiz—Atamın evi varmış şəhərdə.Camaat da ağzına güc vermişdi ki,ay qazandığını içib,dağıdıb,daha nələr…odey, oğlu üçün pul yığırmış də..Buyur, bu gün də əlindən tutdu.
Mənsur—Eh,o,oğuldu,onunçün edir,sənə neyləyiblər ki?..Oğul deyirəm sənə də eləsinlər.
Nərgiz— Niyə eləmirlər ki,..Mən də instituta gedəcəyəm də. O mənimlə də məşğul olur,hər gün hazırlaşıram
Mənsur— Həkimliyə?
Nərgiz- Yox,dəyişdim.Ədəbiyyatşünas olacağam.Deyir dərsdən,məktəbdən xeyli vaxtdır ayrılmısan,unutmusan çox şeyi.Amma, “ədəbiyyatdan yaxşısan” deyir.Gələn il getməyimə də razı olmadı.Deyir qız uşağısan, ömrün-günün keçir.(Pauza)(qayğıyla) Qadının yaşı tez keçir- deyir.İllər kişilərdən qorxur, heç nə ala bilmir onlardan.Qadınısa tez yaralayır illər.
Mənsur— Heyf, mən vaxtında oxumadım.
Nərgiz— Tənbəliydin də, gözün yuxudan ayılırdı ki, dərsdə də yatırdın.
Mənsur (mızıldanaraq)— Anam da elə deyir. Deyir tənbəl olduğuna görə gərək sənə ya qoçaq,ya da varlı qız alam,yoxsa acından ölənin birisən.
Nərgiz(incik)— Alsın də, varlısını alsın.Bir də kimdi indi acından ölən?
Mənsur(dilini çeynəyərək)— Tapıb birini,deyir anası özü yalvarır.Ceri-cehizi.
Nərgiz (əsəbi) Get al də, nə durmusan…
Mənsur (yalvarıcı səslə)— İncimə,Nərgiz,mən anama hər şeyi danışdım.Deyir, qız pis qız deyil, atası da yaxşı adamdı. “Amma-deyir- yazıq, analığı ona bir çöp də göstərməyəcək. Sən də acından öləcəksən,Nərgiz də…
Nərgiz (əsəbi)— Mən acından ölmərəm ,sən özünü gözlə.
Getmək istəyərkən Mənsur onu tutur qız çəkinmək istəyir.
Mənsur— Dayan,Nərgiz,dur, gör nə deyirəm.
Nərgiz ( ağlansınmış)— Dedin də, daha nə deyəcəksən,burax əlimi.
Mənsur (qarşısına keçərək)— Yox,hələ hər şeyi demədim,dayan sən Allah (Nərgiz onu kənar edib getmək istərkən Mənsur yalvarıcı səslə) Sən ananın goru.
Nərgiz səksənib çevrilir.Bir qədər baxandan sonra əlləri ilə üzünü qapayıb ağlayır.Mənsur onun çiyinlərindən tutub sinəsinə sıxır.
Mənsur— Ağlama,Nərgiz,yalvarıram (ağlamsınmış) Bilirsən, mən özüm də pis vəziyyətdəyəm.Sən özün bilirsən ki,mən səni necə sevirəm.(Nərgiz ağlayır) Neçə illərdir sürünürəm arxanca.Amma nə edim?Nə elə dərin savadım yox, nə də elə imkanım ki,alam səni qaçam (pauza) Səninki ögey,mənimki ögeydən betər.Heç nə başa düşmək istəmir,elə bil cavan olmayıb heç.(pauza) “Gözümün dikəcəyi sənsən” deyir-“səni gözüm görə-görə bədbəxt edə bilmərəm.(Nərgiz ondan ayrılaraq üz- gözünü silir) Atam da ki,bilirsən,dava-dalaş,söz-sov olmasın deyə anam nə deyir onunla razılaşır.(pauza,tərəddüd edərək)İstəyirsən,instituta getmə,qaçaq Rusiyaya.Bir az işləyək pul qazanaq,qayıdıb ev alarıq.
Nərgiz susur.
Mənsur—Hə,Nərgiz?
Sükut
Nərgiz (qayğılı) —Axı birdən-birə…
Mənsur—Fikirləşsək ,gec olacaq.Vaxtımız azdır,heç məsləhətləşməyə də çatmaz.
Nərgiz— Mənsur axı,mən onun…onların arzularını necə gözündə qoya bilərəm ki?…Onlar mənim hər uğurumla necə sevinirlər,bilsən. Sən inanmazsan,o hər gecə mən yatandan sonra bütün gecəni işləyir,mənim bilib bilmədiyim mövzuları ayırd edir,mövzuları konkretləşdirir ki,mən əziyyət çəkməyim.O…onlar buna razı olarlarmı indi…
Mənsur (bezikmiş) –Deyəsən axı… Deməli, sənin taleyini o həll edir…(pauza) Qorxursan ondan?
Nərgiz (qayğılı) –Yoox, məsələ qorxmaqda deyil.Mən onun məsləhət və fikirlərinə heç cürə irad tuta bilmirəm.
Mənsur- Dilini-ağzını bağlayıb də…
Sükut
Nərgiz(çıxış yolu tapmış kimi)—Pərviz,mən onunla danışaram..
Mənsur— Nərgiz ,əgər o da bizə kömək etməzsə.
Nərgiz (inamlı səslə)— Edər,vallah edər,o hər cür çətin vəziyyətdən çıxmağı bacarır.
Mənsur- İndi,oldu edə bilmədi,mənimlə Rusiyaya gedərsənmi?
Nərgiz (sınayıcı nəzərlərlə Mənsuru süzərək)— Yox!
Mənsur (pərt çaşqın halda)—Elə bildim….Nərgiz…axı ayrı əlacım yoxdur.(Nərgizin əllərini tutaraq) Bəs… Nərgiz bəs…(çəkinə-çəkinə) bəs sən məni sevmirsən?
Nərgiz (gülümsünərək)— sevirəm,Mənsur,sevirəm də, gedərəm də səninlə …Dünyanın lap o başına gedərəm də(Sevincli bir səslə)Amma o bizə kömək edəcək,valah edəcək!
Nərgiz (qəfil qalxaraq)— Ey…(gülür) Yaxşı,get Mənsur.Mən ona deyəcəyəm,o da bizə kömək edəcək,mütləq kömək edəcək.(sevincli,inamlı bir səslə) Vallah,edəcək,mütləq!
Leyla gəlir.Mənsur onu görüb qaçır.

Leyla— Nərgiz,buradasan? Nə olub?
Nərgiz yaxına gəlib onun üzünə baxır.Sonra birdən başını onun sinəsinə qoyur.Leyla bu qəfil təmasdan səksənsə də onun başını köksünə sıxaraq gözlərini yumur.Bir müddət bu vəziyyətdə dayanırlar
. Musiqi

Nərgiz astaca başını qaldırır.Leyla gözlərini açır.Onun yanaqlarında iki damla yaş görülür.Nərgiz heyrətlə onun göz yaşlarına baxır,qəfildən çılğıncasına Leylanın boynuna sarılaraq onu öpür.
Nərgiz—Ana!
Leyla (halsız)-Mənim balam….Mənim bal balam,şirin balam,ceyran balam…
Sükut
Nərgiz (üzünü Leylanın sinəsində gizlədərk)— Ana,mən sənə söz deyəcəm.
Leyla—Bilirəm,quzum.
Nərgiz—(heyrətlə) Nə,deyəcəm ana?
Leyla—Sən yaşlı qızların analarına xəlvətcə pıçıldadıqları sözü, qızım.
Nərgiz (başını qaldıraraq dəli bir maraqla)— o nə sözdü ki,ana?
Leyla— O,”sevirəm” sözüdü,şirinim.
Nərgiz (heyrətli bir sevinclə)-Doğrudur. (utanaraq)— Nədən bildin bunu?
Leyla (gülümsər) —sənin baxışlarından,hərəkətlərindən,hər gün keçirdiyin nigarançılıq və təşvişdən,sığal tumarından və sevincindən.
Nərgiz ( çılğın bir maraqla)—Bütün analar duyurbunu?
Leyla—Duymayanı da olur, qızım.
Nərgiz—O analar necə olurlar?
Leyla—Laqeyd ,hissiz,duyğusuz…Onlar elə bilirlər körpələri,uşaqları gəlincik kimi bir şeydi,kefleri hara istədi, ora qoya bilərlər.
Nərgiz (qayğılı)— Onlar heç vaxt dəyişmirlər bəs?
Leyla—Öz xoşlarına yox,Amma qorxma, biz onları dəyişməyə məcbur edərik.
Nərgiz (təəccüblə)—Mən niyə qorxmalıyam ki?
Leyla-Çünki sənin də rastına eləsi çıxıb.
Nərgiz-(heyrətlə) haradan bildin ki, ana?
Leyla(gülümsünür)— Sənin suallarından.
Nərgiz(Nərgiz sevincək Leylanın boyununa sarılır)—Anacan,kömək edəcəksənmi bizə?
Leyla—(İnamla)Edəcəyəm.

Nərgiz nəsə demək istəyir,hiss olunur ki,çətinlik çəkir…

Leyla— Nə var,yoxsa gələn ay toydur?
Nərgiz (heyrətlə)—Nədən bildin?
Leyla( Gülümsünür ) Sənin təlaşından.
Nərgiz— Bəs niyə bilmədin sabahdı və ya bir həftədən sonradı?
Leyla (gülümsünür)—Elə olsa,sən lap ümidsiz olardın.
Nərgiz– (bir qədər susduqdan sonra) Anacan.Məni də öyrət….Axı…
Leyla—Axı sən də ana olacaqsan,eləmi?
Nərgiz utanaraq susur.

Leyla—Diqqətli ol.İnsan dəqiqələrdən,anlardan ibarətdir.Hər dəqiqə,hər an insan ömrünə bir yenilik gətirir.Amma bu yeniliklər qarmaqarışıq şəkildə deyil,çox nizamla, qaydayla gəlir.Bir hiss başqa bir hissi doğur.Hansı duyğudan hansı duyğu törəyəcəyini özün ayırd et.Bu sıralamanı duysan, sən də hər şeyi dəqiq bilərsən.

Sükut

Nərgiz-Mənsurun anası elə bilir sən zalım anasan .Deyirmiş ki,guya sən mənə heç nə verməyəcəksən.Buna görə də Mənsurla mən acından öləcəymişik.Niyə ölürük? Atamın yanında işə girərəm.Onsuz da atamın çox işini mən görmüşəm,öyrənmişəm,Mənsuru da öyrədərəm.Bizə heç kimin heç nəyi lazım deyil.Sözə bax, “Onun anası ona bir çitağa da verməyəcək”
Leyla—Düz deyir,qızım.
Nərgiz (təəccüblə)— Düz deyir?
Leyla- Düz deyir (Nərgizi öpərək) Mən evimdən sənə heç nə verməyəcəm.(Gülümsünərək) Evimdən çıxıb onu bütövlükdə sənə bağışlayacağam.Bu da olacaq sizin toy hədiyyəniz.
Nərgiz (təəccüblə)— Hara çıxacaqsan ana,bəs?…Yox,mən elə istəmirəm.Yox… Bir qədər düşündükdən sonra) Yoxsa Pərvizin yanına getmək istəyirsiniz?.(hədələyir) Yox, elə şey yoxdu.Mən sizi heç yerə buraxan deyiləm.(sarılır)
Leyla— Yox,qızım, mən buradan çıxmayacağam.Elə burada yaşayacağam,amma səninlə qonşu…
Nərgiz— Necə yəni qonşu? (kənara çəkilir)
Leyla (ətrafı bəxtiyarcasına seyr edir və sonra köks ötürərək) Eh,qızım ,Bu bəlkə də mənimlə yaşıd bir arzudur.Rəfiqələrim də bilirdi bu arzumu,indi də eşitsələr,dodağları qaçacaq “hə” deyə gülümsünəcək, “heyf” deyib təəssüflənəcəklər.Lap körpəlikdən kəpənək ruhum qeybət əllərdən uzağa qaçıb,azadlığı döyüb ruhum. Odur ki, bəd gözlərdən yaşınmaq üçün uca-uca hasar istədim taleyimdən,bu uca hasarların içində genişcə bir həyət umdum.Həyətin dövrəsincə uca-uca, qarakölgəli ağaclarım göyərəcəkdi.Bu geniş həyətdə dəbdəbədən uzaq,rahat və xudmani bir ev yapacaqdım.Bu evin içində bir-birindən şirin,bir-birindən dəcəl dörd övladım olacaqdı; qardaşı qardaşsız,bacını bacısız miskin bilmişəm.(PAUZA) Ah,kefimin duru vaxtı şirincə balalarımın dövrəsində,bu genişcə həyətdə qaçacağdım,qaçacağdım,tər dabanımdan getdikcə yüyürəcəkdim.Yüyürəcəkdim ki,ürəyimə axan göz yaşlarım tərə dönüb dabanımdan axsın-göz yaşları dünyanın ən saf suyudu,ona görə mərhumları göz yaşlarıyla yuyurlar—-yuyunacaqdım göz yaşlarımda. Dünyanın qəmini suçəkən kimi çəkirdi ürəyim ,yüyürəcəkdim ki, çiynimdə çin-çin yığılmış kədərim sarıçiçək toxumu kimi küləklərə qoşulsun,üfürülsün getsin.Yüyürəcəkdim,mən qəbrimə doğru yüyürəcəkdim ki,körpələrim də gəlin gərdəyinə,bəy otağına,beşik başına yüyürsünlər.
Pauza
(Qayğılı)Fələk saydığını saydı,qismət qıymadı mənə umduğumu ,qızım.Sinəm arzu qəbirstanlığına döndü.İndi hər gün mərhum arzularımın şıltaq ruhlarıqəfəsdəki quş kimi çırpınır,yerində addımlayan əsgər qüvvəsiylə tapdayır ürəyimi.Çat-çatdı,qabar-qabar,qançordu ürəyim,qızım.Heç olmasa, indi,indi— ömrümün sonuna yaxın mərhum arzularımın şıltaq ruhlarının qəfəsini qırım….
Nərgiz (mütəəssir və gözləri yaşarmış) Ana,anacan! (boynuna sarılırkən) Pərdə..

IV Pərdə
Küçə qapısının qarşısı.Böyük ağacın altı.Bir neçə qadın əyləşib.Hərə öz işiylə məşğuldur.Kimisi toxuyur,kimisi tikir,kimisi tum çıxrtlayır.Ətraflarında körpə uşaqlar oynaşırlar.

Sənəm—Ay Familə, eşitdim toy eləyirsən Allah xeyir versin.
Familə—,Xeyirli günün olsun, ay bacı hanı qoyurlar ki…(hamı diqqət kəsilir)
Sənəm—Nooldu kim?
Familə—Vallah nə bilim,arvaddar var e,ilanı yuvasından çıxarır! Cavanı da yolundan eləyir,qocanı da

Züleyxa—Sözdü adama oxşayırsan Vallah sən.
Familə (əsəbi)— Nə söz eee.Bizim vurğun vurmuş
Züleyxa-(canıyananlıqla) –Buy, insafın kəsilsin az,Az,az sən Allah ,elə demə gözünün agı-qarası kəllədə göz bir uşaqdıı .Bay Allah eyy…
Familə(peşmanlamış)—yandım töküldüm,neyniyim?Bəs sən oğul böyüt,nazını çək,oduna yan,gülünə bələn,axırda da səni satsın bir yetimçəyə getsin?!
Züleyxa (maraqla)—hara gedib,az oğlun?
Familə— Vallah,ay Züleyxa ,belə gədə qızı istəyirdi.Əvvəl dedim uşaqdı dana,bir az eşqbazdıq edib qayıdar,sonra gördüm yox– e,bunun qayıtmaq fikri yoxdu,dedim səni evləndirəcəm..Bay,gədə bunu gözləyirmüş,bayaqdı haqdı-nahax qaç qoy Leylanın ovcuna O da nə əməl elədisə,gədə deyir öldü var,döndü yox.
Nəcibə— Vallah,ay arvad,qız pis uşaq döyül.Leylanı da ki,bir adama pislik eliyən görməmişəm.Nə deyim?
Familə—Az, bəs Nərgizin anasını kim çərlədib.Söhbətinə düşmüşəm.Yazıqğın simsarıydı,deyirdi bədbəxtin günü mollada keçirdi.Məni də özünə yanıcı eləmişdi”.Kişi qaçacaq” –deyirmiş evdən. Soruşanda deyirmişŞ bir qarabəxti var.Kişi içkiyə qurşanandan sonra çərrədi öldü yazıq.
Züleyxa—Yeqin elə buyumuş dana.

Nəcibə—İmanınızı yandırmayın,bu olsaydı,elə arvad ölən kimi evlənərdilər dana,ta bu boyda vaxt nəyi gözləyirdilər.Nə isə indi oğlun nə deyir?
Familə—Hə dana,Leylaya deyib,Nərgizə deyib bilmirəm,gedib deyib ki,bəs anam məni evləndirir…..Tutub Rüstəmin yanında işə düzəldiblər.İndi ev-eşiyə də yovuşmur gədə.Deyir çox edəcəksən ,çıxıb gedəcəyəm Rüstəmin yanına.
Nəcibə—Al deyir,al də,hərə bir babanın qızını alır.
Familə—Yox,anam,mən özümə söyüş eləmişəm, alm,aram.Başı başına,başmağı da ayağına.Hara gedir getsin,sabahsı günü mən ona yəə döyləm.
Züleyxa—Bir balaya necə ürəyin gəlir ,az.
Familə— Birdi deyə yanıram dana.
Nəcibə- Vallah,gəlin pis gəlin döyül təmiz,özündə-sözündə.İntası adam arasına çıxmır.İndi yəqin onun da bir səbəbi var dana.Ya utanır oturub-oturub ərə gəlməyindən, ya qəribdi ona görə….Bir də ki, o iş adamıdı,səhər gedir,axşam gəlir.
Familə—Əşii,cəhənnəm olsun e (durub gedir)
Züleyxa—Az,belə bununku at-dəvə davasıdı elədiyi.Deyir “analıqdı,qıza heç nə verməyəcək.Mən də,-eləsini alajam ki,cerri-cehizdi olsun,bir gədədi,evim-eşiyim hamısı ona qalsın.
Sənəm-Balam,nə ev-eşiydi e o? Elə yaxşı uşağın “evin var” deyə-deyə evini yıxdılar,oxumadı,indi də onun-bunun qisnəyində qalıb.
Nəcibə—Həm də arvad evi silib-süpürüb verib qızına,gədiyə heç nə saxlamıyıf.İndi də istəyir ki,evi gəlin doldursun.
Züleyxa—Yəni Leyla doğrudan da qıza heç nə vermiyəcək?
Sənəm— Vallah,mən eşitdiyimə görə Leyla məhlə yeri götürüb özü ora köçəcək evi şeyli-meyli qıza verəcək.
Zülüyxa-Bunun da,belə eləməyinə baxmır suyulufdu.İstiyir toyu da bunnar eləsin.
Nəcibə—Familə köhnə artisdir,olar inanıram.
Sükut
Nəcibə—Nərgiz məktəbə gedəsiydi,ne oldu.
Sənəm—leyla aparıb dana,indi imtahandadı
Nəcibə—Fərəsətdi arvaddı.Pərviz qurtardı,işə düzəltdi,ev aldı.İndi də Nərgizin üstünə düşüb.Vallah yaxşı ürəyi var.Biz heç doğma balamıza da bir gün ağlamamışıq.
Züleyxa—Sənin,mənim kimi semişqa çırtdamağla gün keçirtmir e oxuyur,bilir.
Sənəm—Bizim gədə Bakıya getmişdi Pərvizin yanında qalıbmış.
Pərviz deyirmiş işdən icazə alıb gələcəm təzə məhlənin barısını çəkməyə.
Zülüyxa—Nə barı az?
Sənəm—Təzə məhlənin barısını dana.Ev tikdirməmiş barı çəkdirir.
Züleyxa—Yəqin imarət yapdıracaq dana bəxtəvər,deyir gözü-zadı dəyən olar.
Sənəm—O gün Rüstəmlə təzə məhlədə ağac əkirdilər.
Züleyxa-Xalx gənc ailədi,təzəbinədi
Gülüş
Uzaqdan Leyla və Nərgiz görünürlər.
Kimsə —gəlirlər
Züleyxa (maraqla boylanır)-Keçif görən.Leylagil yetişirlər.
Leyla— Hər vaxtınız xeyir. (gülümsünür maraqla baxan ətrafa) keçdi,keçdi.Barını da ona görə çəkdirik ki,barı abırdı.
Züleyxa (təəccüblə)— A qızım,ordan-bura nə bildin ki,biz barıdan danışırıq.
Leyla gülümsünür.
Nərgiz—Nəcibə xala yol yorub bizi, icazə versəydiniz,.
Nəcibə—Hə,hə xalan qurban,gedin,gedin.
Gedirlər
Züleyxa- (Nərgizin arxasınca)Canıyanmış nə gözəl olub.Şəhər düşüre buna.
Nəcibə—Anası da özündən qalmaz.

V Pərdə

Səhnədə həyət.Bağda hündür barı,barı hündürlükdə cavan
ağaclar.Həyətin bir tərəfində kürsülü,artırmalı ev.Evin qarşısında səliqəylə əkilmiş gül kolları.Həyətin bir tərəfində çarpayı.Çarpayıda Leyla uzanıb.Rüstəm pəjmürdə görkəmdə çarpayının ayaq tərəfində qoyulmuş stulda əyləşib əllərini oynadır.Uzaqdan xəyala bənzər musiqi sədası gəlir.
Leyla— Rüstəm,kimdir oxuyan?
Rüstəm (qulaq asır heç nə eşitmir)— heç kim,Leyla
Leyla (gülümsünür)—Yəqin əzrayildı, deyirlər, o hərənin yanına bir şəkildə gəlir.
Günhkar adamların gözünə əcaib-qəraib şəkildə görünür.Günahsızlara isə gözəl görkəmdə görünür.(gülümsünür) yəqin mən günahsızam.Mahnıyla dönüb hüzurumda əzrail həzrətləri.
Rüstəm (narahat )—qəribə zarafatların var eee…
Leyla (qayğılı)— doğru sözümdü.
Rüstəm (narahat və əsəbililklə)— söz tapmırsan danışmağa.

Sükut

Rüstəm ––Ağaclarımıza bax,böyüyüblər.
Leyla(qəmli)—Nisginlim onlardan böyüküdü.Mən axı onların kölgəsi boyu yürümək istəyirdim,heç olmazsa,nəvələrimlə.
Sükut
Leyla— Bu uşaqlar harada qaldılar.Allah eləməmiş onları görməmiş ölərəm.
Rüstəm-Bəsdi sən Allah,sən adamı dəli eliyərsən.Mənsur alaqaranlıqdan çıxıb.Hardasa saat 8-9-da burda olarlar.Pərviz dənizdə olmasa.
Leyla-Bəs deməmişdim zəng eləyin?
Rüstəm-Mənsur zəng eləmişdi,Pərvizi yerində tapmamışdı.Gələrlər mütləq gələrlər.
(Leylaya yaxınlaşıb saçlarını sığallayır)sən özünü üzmə.Adam xəstələnər,xəstələnəndə səbirsiz olar,heç sənin kimisi yoxdur!Üzmə özünü
Leyla—Üzülmüşün nəyi üzüləcək.Rüstəm kömək elə qalxım.Elə narahatam ki…
Rüstəm—Tövşüyün indi kəsib,bir az uzan,qaldıraram.
Leyla (səbirsiz)—Rüstəm,qalxmaq istəyirəm,palıd kimi,çinar kimi uzaqları görə-görə….Axı mənim uzaqlarda balalarım var.
Rüstəm—Leyla,bir də ölüm adı çəkmə.
Pərvizin səsi—Ana,ay ana.

Həyət qapısı döyülür.

Rüstəm (sevincək)– Pərvizdi.. Hə, rahatlaşdın?.
Pərviz yüyürərək gəlir.
Pərviz(Leylaya sarılaraq) —Ana ,bu nədi,nə olub sənə?Dəli elədilər məni.. Şükür, yaxşısan.
Rüstəm (tələsik)-Hə, oğlum ,anan naz satır bizə.Nərgiz gedəndən əlini ağdan-qaraya da vurmur.Yalandan özünü verib yerə.
Leyla (Pərvizi öpməkdə davam edərək)—Oğlum,balam ,canım.Ahhh….(boğulurmuş kimi)bəs Nərgiz,Mənsur hanı?
Pərviz—Bilmirəm,ana, mənə zəng eləyiblər… işçilərə deyiblər anası….Təcili gəlsin.Mən birbaşa işdən gəlirəm.(Narahatlıqla Leylanı süzərək)Nə oldu,ana,sənə birdən-birə.
Leyla ,(ağır-ağır)—Aaahhh,Birdən-birəmi, balam mənim,birdən-birəmi (vəziyyəti ağırlaşır)
Pərviz (təlaşla)—Ata,ata,həkim!Anacan!
Rüstəm (təlaşla Leylaya səmt gəlir.Pərvizə) sən get,mən özüm.Pərviz,maşınla tez. (Pərviz gedir)
Leyla(əzabla)— Qaldır məni.
Rüstəm onu azacıq dikəldir.Leylanın gözlərindən yaş süzülür.
Leyla—Ah,birdən- birəmi? Neçə illərdir gözümün yaşı ürəyimə axıb,ağrı- acının qumu,külü ürəyimə səpələnib.Dərdin acı yeli bu göz yaşından,bu ağrı gilindən-qumundan ürəyimdə palçıq qatıb.Möhnət sarayı qurub.Dözmədi ürəyim,dözmədi boyu boyumdan uca,çəkisi çəkiimdən artıq acıları götürməyə…Birdən-birəmi….(Ağlayır,Rüstəm də gözlərini silir) Qaldır məni,Rüstəm, (Pauza) Ağladım,yüngülləşdim,qaldır məni,qaldır.
Rüstəm onu qaldırıb oturdur.
Leyla(qayğılı və ağır-ağır)—Rüstəm,həqiqəti demə uşaqlara,heç vaxt demə.Onlar həqiqəti bilsələr,əzab çəkəcəklər.Söz ver,Rüstəm.
Rüstəm—Leyla səndə insaf heçmi yoxdur?Bir az başın ağrıyan kimi…
Leyla(İsrar edir)— Söz ver, Rüstəm.
Rüstəm—Yaxşı, mən demərəm,inşallah, özün danışarsan nağıl kimi.
Leyla qəmli-qəmli gülümsünür.
Nərgizin səsi :Ana!

Nərgiz Mənsurla gəlir.

Nərgiz (Leylanı solğun və çarpayıda əyləşmiş görüb həyəcanla)–Ana!!!Ana!!!
Leyla onu sinəsinə sıxır öpür.Nərgiz də onu dönə-dönə öpür.Onu ağlamış görüb sarsılır.
Rüstəmə baxır,onu da eyni vəziyyətdə görüncə çılğın) Nə olub axı? Niyə ağlayırsan ,ana? Möhkəmmi ağrıyırdın? Axı sənin heç nəyin yoxdu,nə oldu birdən-birə? Həkim çağırıbmısınız ,ata?
Əlini Leylanın alnına,sinəsinə gəzdirir.

Nərgiz-Hərarətin yoxdur.(Bezikmiş) Axı bir deyin də.
Anayla əhvallaşıb geri çəkilən Mənsur Nərgizə”Sakit ol!” deyərək həyət qapısına doğru gedir.
Pərviz həkimlə gəlir.Həkim tələsik oturur.Leylanı müayinə edir.
Həkim-Haranız ağrıyır?
Leyla (gülümsünərək)— Yaralarım.
Həkim (təəccüblə)— Yaralısınız?
Leyla (gülümsünür)—Xeyli vaxtdır.

Ətrafdakılar da ona təəccüblə baxırlar.

Rüstəm üzünü çevirib uzaqlaşır.Əlləri ilə üzünü qapayır.
Həkim (yaranı arayır)—Haradadır yaranız?
Leyla—Ürəyimdə.
Həkim (heç nə başa düşmür,əlacsızlıqdan onun ürəyini dinləyir.
Həkim-Nəfəs alın,dərindən,elə yox,bir az da dərindən.
Leyla (gülümsünür)— Bundan artıq olmur
Həkim ( təəccüblə)— Niyə?
Leyla (eyni təbəssümlə)— Çünki ürəyim doludu,artıq yük götürmür.
Həkim (çiyinlərini çəkir)—Ürəyimizdə heç nə yoxdu,sərbəst vurur,təzyiqiniz də öz yerində.Düzü (çəkinə-çəkinə) ürəyiniz tam sağlamdır.
Nərgiz (əsəbi)—Heç olmazsa, onun əllərinə baxın,buz kimidir.Sağlama bax.(Həkim günahkarcasına çiyinlərini çəkir) Ana, ana, niyə qoymadın vaxtında mən həkim olum?
Leyla (gülümsünür)—Siz elə indi də həkimsiniz,mənim həkimim (Pərvizin və Nərgizin əlini istəyir və tutur) Baxın ,siz gəldiniz mən sağaldım,sapsağlam oldum,deyilmi,həkim? Di qaldırın məni,mən yüyürmək,sizinlə yüyürmək,bu geniş həyət boyu fırlanmaq,ürəyimə yığılmış duz yükünü tökmək istəyirəm.
Həkim- (təəccüblə)— Ürək duz? Birinci dəfədir eşidirəm.
Pərviz və Nərgiz Leylanı qaldırırlar.
Rüstəm (həyəcanla )— olmaz ,olmaz!!!
Leyla—Toxunma Rüstəm,mən yüyürmək,yüyürmək,məzarımadək yüyürmək istəyirəm.Toxunam mənim son arzuma, xahiş edirəm.Mənim arzularım ömrü boyu ayağıkündəli gəziblər.Haydı balalarım.

Uşaqlar Leylanı qaldırıb aparırlar.Ana yeridikcə gümrahlaşır.
Ətrafdakıların,Rüstəmin təəccüblü baxışları onları seyr edir.Leyla gülür,güldükcə də gözlərindən yaş süzülür.

Leyla ––Baxın,baxın, ürəyimin duz yükü bax bu göz yaşlarıdır.

(Ana daha iti addımlarla irəliləyir) Rüstəm yüyürüb onlara çatır
.
Rüstəm-(təlaşla) Onu yormaq olmaz,uşaqlar! Leyla,sən ki uşaq deyilsən.
Leyla—Hə,Rüstəm,hə, daha uşaq deyiləm,körpə deyiləm,daha xoşbəxtəm və uşaq deyiləm deyə xoşbəxtliyimi son damlasınadək yaşayıram.
Birdən elə ayaqüstəcə onun səsi kəsilir.Pərviz və Nərgiz qəfil dayanan Leylaya-Ana,ana! (daha artq təlaşla) Anacan!!!

Rüstəm Leylanın qarşısına keçir. Leylanın gülümsər çöhrəsində iki damla yaş donmuşdür.
Rüstəm (Dəli bir hayqırtıyla)—Leyla!!!

VI PƏRDƏ

Səhnədə səliqəli və nizamlıqonaq otağı….Pəncərədən həyət görünür-yaşıllıq və gözəllik.Divardan Leylanın gülümsər portreti asılmışdır.Otaqda masa ətrafında Nərgiz ,Mənsur və Pərvizəyləşiblər. Rüstəm çox kədərli və məhzun halda divanda oturub.Qəmli bir sükut.Musiqi Leylanın nəğməsi-xəyala bənzər:
Səni sevmək günahmış,
Suç üstdə yaxalandım.
bir dəlil,sübut kimi
Alındı eşqim,andım.

İllər uzunu çəkdi,
Araşdırma,təhqiqat.
Ən ağır cəza kəsdi ,
Mənə bu zalım həyat

Eşqin boynumda zəncir,
Mənə məhbəsdir komam.
Ah ,o gündən ömürlük
Yaşamağa məhkumam..

Pərviz (xəyaladaymış kimi)—Ata,bir dəfə mən mətbəxdə əyləşib kitab oxuyurdum.Anam içəridə tək idi,mahnı oxuyurdu.Mən o nəğməni çox sevir və dinləyərkən kövrəlirdim.Sonra sən gəldin və siz nə barədəsə danışdınız,daha doğrusu,mübahisəniz düşdü.Mən ciddi-cəhd ilə fikrimi kitaba verir.Sizi eşitməməyə çalışdım.Lakin qəfil anamın çılğınlıqla, ucadan dediyi bu sözü eşitməyə bilmədim.O,əsəbi şəkildə soruşurdu: “Niyə mənim öz doğma balam belə mənə “ana”deməsin?Niyə öz doğma oğlum belə bu sözü məndən əsirgəsin? “Niyə-deyirdi o, -niyə? Sən bilirsən deyirdi,-Mən necə də dəlicəsinə ana olmaq istəyirdim.daha sonra sakitləşdi və mən sizin nə danışdığınızı eşitmədim.”Birdən məni burada görər və onlara qulaq asdığımı zənn edərlər”-deyib bayıra çıxdım.
(Pauza Nərgiz və Mənsur Pərvizə heyrətlə baxırlar)— Ata,onun bu sözü məni səksəndirdi.Elə bildim ki,bu söz məhz mənim haqqımda deyilib.Elə kövrəldim ki.(pauza) Onun “doğma oğlum”,”doğma balam” sözlərini gizlədərək qalan hissəsini Nərgizə də danışdım.Bir neçə gün əvvəl Nərgiz sizdən inciyib ağlamışdı.Bir az əsəbi olsa da, mənim kövrəkliyim ona da sirayət elədi,razılaşdı ki, daha ona mehriban olaq-yazığımız gəldi ona (pauza) sonralar bu söz məni dönə-dönə düşündürdü…Atacan,siz nəyisə bizdən gizlədirsiniz,eləmi?….
Rüstəm təhərini pozmadan əlləri ilə məşguldur (oynayır)
Nərgiz (səbirsiz halda) —Ata!…(pauza Rüstəm susur)Atacan! (Rüstəmin qarşısına gəlirŞ oturur,altdan yuxarı ona baxaraq) Niyə susursan? Ata? Nə demək idi o? ( ) Anam bizi niyə elə dəlicəsinə sevirdi.( Qalxır,üzü səhnəyə xəyallı və həyəcanlı) heç bir ananın öz övladlarını sevə bilməyəcəyi kimi sevirdi,ata? Bu uzun ayrılıqdan sonrakı vüsal sevgisi deyildimi? Danış ,ata, susma (Rüstəmə tərəf dönür.Rüstəm xəyallanmış)
Pərviz-(yüksək ahənglə)— Mən onsuz da burada bir sirr olduğunu bilirdim.Bu üç ildə sən bircə gün də xoşbəxt olmadınsa da,bu ayrılıq,bu itki səni sonu görünməyən qəm dəryasına saldı.Niyə axı,xahiş edirik,ata.
Sükut
Rüstəm başını qaldırıb onları süzür.Bu ara Leylanın nəğməsi xəyal kimi səslənir.Rüstəm güclə eşidiləcək bu nəğməni dinləyirmiş kimi dayanır.Sonra yenə əllərinə baxa-baxa hüznlü bir səslə…
Rüstəm-O,ömrünün son anınadək böyük ürəklə yaşadı.Son ana qədər məndən susmağı xahiş etdi.Mən axı nə deyim sizə?!
Hər ikisi (şübhələnmiş) —De,ata, olanı de.
Sükut
Rüstəm—O, həmişə “mənim çəkdiklərim bütöv bir nəslə bəs edər”-deyirdi-“istəmirəm məndən sonrakılar əzab çəksinlər.
Sükut
Nərgiz-Ata,o böyük bir sirri sənin qəlbinə gömməklə elə sənəiböyük əzabla tək qoymayıbmı? AtacanŞ, böl o əzabı bizimlə ata malı,ana yadigarı kimi.
Rüstəm-(Dərindən köks ötürərək və başını qaldırmadan yuxudaymış kimi Leylanın güclə eşidiləcək nəğməsinin sədaları altında ağır-ağır)—Biz Bakıda tanış olmuşduq…tələbə gənclərin sevgi və həsrətlərinin beşiyi Bakıda … Təsadüfən…Metroda qatar gözləyirdim.Qarşımda 3-4 qız dayanmışdı. Nə barədəsə qızğın mübahisə gedirdi.Qızlar bir-birinin sözünü kəsə-kəsə danışırdılar.Maraq məni onlara tərəf şəkdi,söhbətə qulaq kəsildim.Bir qatarı ötürdük.,ikincini ötürdük.O danışırdi.Heç kimonun sözünü kəsmirdi.Səs çox məlahətli idi.Fikirləri qeyri-adi ,cəbledici idi.Onu dinləyərkən yəqin ki,özümü unutmuşam,Bir də baxdım ,qızlar mənə baxıb gülüşürlər.Pərt olmadım,əksinə acıqlandım: ondan başqa hamısı çevrilib mənə baxırdı,o sankiinada durmuşdu.Qızlar mənə söz atır,gülüşürdülər,mənim fikrimsə onda idi…Qatara mindik,mən özümü onun yanına verdim….
( xəyala dalır)
sükut…
Nərgiz(Çox səbirsiz—Elə bu?
Rüstəm onu qəmli baxışlarla süzür.Qalxıb bir siqaret yandırır.Pəncərə önünə keçir.Leylanın nəğməsinin sədaları altında pəncərədən çölə boylanır.Bu vaxt ərzində Nərgiz,Pərviz və Mənsur onu maraqlı baxışlarla süzürlər.Rüstəm qayıdıb yerində oturur və eyni sakit səslə davam edir.
Rüstəm— İlk baxışda xoşuma gəlməmişdi.Rəfiqələrində fərqli olaraq etinasız idi.Növbəti stansiyada qatar yola düşəndə qəsdən ona toxundum.Tərs-tərs baxdı və heç bir söz demədi…Qatar qəfil dayananda isə o,mənim üstümə yıxıldı.
Qızlar gülüşdü.Mən : “Oldu bir-bir”–dedim.
Gülümsünür.
Hiss etdim ki,dostlaşdıq….Evlərinin,oxuduğu məktəbin yerini öyrəndim.Təəccüblənmədi…”Bekarların adətidi,qəhrəmanlıq deyil ki”,—dedi..Çox şey öyrəndim haqqında,”Yaxşı tədqiqatçısan.”,—dedi.(Gülümsünür)
Əlindəki sönmüş siqareti atıb yenisini yandırmaq istəyir.Əlləri əsir,Mənsur qalxıb onun siqaretini yandırır.O,siqaretə dərin qullab vurub tüstünü sinəsinə çəkir.
Rüstəm—Anam razı olmadı evlənməyimizə.”Təkəm ,-deyirdi,kəndimizdən al,qohumlarımız olsun…
Sükut…
Pulsuz idik.Kəbin kəsdirincə gec oldu.Tələbə yoldaşlarımız nə qədər xahiş etdilərsə də,dekanımız razılaşmadı.Mən təyinatla öz kəndimizə gönərdilər
Pauza
Anam mənsiz nişan aparmışdı.Mən “Bu iş olamayacaq”-deyib Bakıya getdim.Qrup yoldaşlarım kömək etdilər,dostlarım elçi getdilər,dedilər,yetimdi,kimsəsi yoxdur,amma fərasətli oğlandır,bir-birlərini də sevirlər…Hər ikisi oxumuş adamdır,işləyib özlərini dolandıracaqlar….Evləndik…Anam toyuma gəlmədi,onu qəbul eləmədi…Ailəli yataqxanada qaldıq bir az…(sükut)Uzun,üzücü götür-qoylarda övladlıq borcum qalib gəldi.İşsizluzluq üzürdü bizi,Kəndə əvvəlki işimə qayıdası oldum.”Məni də apar!”,–dedi,”qiyabiyə keçərəm”Pul olmadı.alınmadı işimiz.O, qaldı,mən qayıtdım kəndə.
Sükut
Rüstəmin anasının səsi( Acıqlı və ucadan)i—Od töküb odlayaram özümü…Xalxın qapısına getmişəm.yalvarıb-yaxarmışam,qızı almışam,xərc çəkib nişan qoymuşam.
Rüstəmin səsi—Ay ana,başa düş,mən evliyəm artıq,Bizim bir azdan uşağımız da olacaq.
Rüstəmin anasının səsi—Bunu da al,bəlkə bunu daha çox istədin,o çıxdı yadından..
Rüstəmin səsi(acıqlı və ağrılı)—Ana.sən nə danışırsan?!
Sükut
Rüstəmin səsi—Barı sən məni başa düş,mən evliyəm.bir azdan uşağımız olacaq.Nə özünü,nə də məni bədbəxt eləmə.
Nərgizin anasının səsi(gülərək)Onu orada saxlarsan.məni də burada..(gülür) evliymiş..(gülür)Uşağı da varmış(gülür)
Leylanın səsi(çılğın və ağlar)Yox,Rüstəm,yox!Məni bədbəxt eləmisən,onu da bədbəxt eləmə!!!
Sükut
Rüstəm—Barışmadı mənimlə qəlbi..Mən hər həftə onun yanına gedirdim.Qazancım yolpuluna gedirdi ancaq.Qovurdu məni hər dəfə.Xəyanətə qurd nifrəti vardı onda.(Pauza)Nəhayət,sən doğuldun,oğlum Süddən çıxınca saxladı səni
Uşaqlar heyrətlə br-birinə baxırlar.
rüstəm–Günlərin bir günü “kişi kişi kölgəsində böyüyər.al oğlunu,qız olsaydı,verməzdim”.—deyib səni mənə verdi.Elə bildim.ana ürəyi dözməyəcək,özü də gələcək…Gəlmədi…Növbəti dəfə gedəndə.onu tapmadım,İzsiz-tozsuz yox olmuşdu.Azad təyinat almışdı.Heç ata-anası da bilmirdi yerini…Ya da bilirdilər,bütün yalvarışlarıma baxmayaraq demədilər yerini.Bax,beləcə itirdim onu.(Pauza) Qızım sənin anan heç cürə qəbul etmirdi Pərvizi.Mənsiz onu uşaq evinə verdi..Bir də mən əyyaşa dönmüşdüm,Pərvizi saxlayacaq vəziyyətdə deyildim.Anan rəhmətə gedəndən sonra Pərvizi gətirdim və aldatdım.köçdüm o uöursuz kənddən.(Pauza)Uzun axtarışdan sonra təsadüfən tapdım Leylanı.Məsul bir işdə çalışırdı.Bütün evlənmə təkliflərini rədd edərək ilk eşqini qoruyub saxlamışdı.(Sözü uada-uzada) Beləə.balalarım .beləəə(Köksünü ötürərək)Bütün ömrünü xəyallarla keçirib,arzuladığı dünyanı nə vaxtsa qura biləcəyinə inanıb.(Pərvizə)Sənə evi o almışdı,oğlum.Bu evimizi də o tikdirdi….
Nərgiz(göz yaşlarını silərəl)Həmişə deyərdi ki,yaman günün ömrü az olar…
Pərviz(mütəssir)Amma yaman günün ömrü uzundu,
Yaxşı adamların ömründən bir az..
Leylanın nəğməsi xəyala bənzər səslə eşidilərkən
Pərdə
Son
18-20 dekabr 1993
Ağcabədi.sovxoz

Share:

seo