Cəlilabadda idarə müdiri niyə yoxa çıxıb – Şok təfərrüat
Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Rahib Kərimovun yoxa çıxmasının səbəbi bəlli olub.
Bu haqda Müstəqil.az-a adının çəkilməsini istəməyən məsul vəzifəli Cəlilabad rayon sakini məlumat verib.
Onun dediyinə görə, hadisənin kökündə rayonun Üçtəpə kəndində baş verən dava-dalaş dayanır.
Belə ki, Yarıyevlər kimi tanınan, yaşadıqları kənddə və rayonun ətraf kəndlərində nüfuz sahibi olanlarla Xəlilovlar (soyad şərtidir) arasında insident baş verib. Sonu dava-dalaşla bitən insidentdən sonra rayon xəstəxanasına müraciət edən yaralı xəstəxana tərəfindən qəbul olunmayıb. Müxtəlif yaralar alan xəstəyə ilk tibbi yardım göstərilməyib. Polis də məsələyə müdaxilə etməyib. Səbəb Yarıyevlərin qanunla tənzimlənməyən nüfuz sahibi olmalarıdır.
Zərərçəkən tərəf məcburən Dövlər Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dayısı, Cəlilabad Rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Rahib Kərimova müraciət edib. Komitə sədrinin dayısı həkimlərə təpindikdən sonra yaralı xəstəxanaya götürülüb.
Mənbənin verdiyi məlumata görə, o, Yarıyevlər tayfasının Rusiya Federasiyasının Stavropol vilayətində yaşayan və Azərbaycan diasporunun sədri Fəxrəddin Yarıyevə telefon açaraq, qohumlarının Cəlilabadda at oynada bilməyəcəyini deyib. Olayın belə istiqamət alması Yarıyevlərin adekvat addım atmasına səbəb olub. Onlar tayfadan birinə özləri xəsarət yetirərərk xəstəxanaya yerləşdiriblər.
Məsələyə Kərəm Həsənov şəxsən özü müdaxilə edərək dayısına irad bildirib.
Deyilənlərə inansanq, bundan sonra Rahib Kərimov Yarıyevlərin qorxusundan rayonu tərk edərək idarəni başsız qoyub. Rahib Kərimovun harada olması haqda heç bir məlumat yoxdur.

Share: