Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZ 24” ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: