Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törədib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 25-də 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Share: