Şəkidə arxdan meyit tapıldı

Şəki rayonunda kişi meyiti tapılıb.

Müstəqil.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində, M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

 Arxın içində tapılan meyit müayinə və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. Ölən şəxsin Şəki şəhər sakini Telman Nurəli oğlu Hacımollayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: