Rusiyanın Xalq artisti Bakıda monotamaşada çıxış edəcək

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Kulis.az xəbər verir ki, rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.

Vitorqanın bu tamaşası mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan müxtəlif filmlərdə parlaq obrazlar yaradıb.

Share: