Rusiyada Qələbə Paradı keçiriləcək

Rusiyada Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyinə həsr olunan parad iyunun 24-də keçiriləcək.

Müstəqil.AZ bildirir ki, bunu ölkə prezidenti Vladimir Putin açıqlayıb.

Məlumata görə, “Ölümsüz alay” marşı isə ondan 1 ay sonra – iyulun 26-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası ilə əlaqədar 9 May Qələbə Günündə kütləvi tədbirlər ertələnmişdi.

Müstəqil.AZ

Share: