Rusiyada hərbi komissarlıqda atışma — 2 yaralı

Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində hərbi komissarlıqda atışma baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bir şəxs komissarlıqda atəş açmağa başlayıb. Nəticədə hərbi komissar və çağırış komissiyasının rəisi yaralanıb.

Atəş açan şəxs isə saxlanılıb. Daha sonradan həmin şəxsin 1997-ci il təvəllüdlü yerli sakin Ruslan Zinin olduğu məlum olub.

İnsidentlə bağlı hələ ki rəsmi məlumat verilməyib.


Share: