Rusiya Yəmənlə bağlı BMT TŞ-nin təcili iclasını çağırıb

Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələri endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının cümə günü üçün təcili iclasını çağırıb.

BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

İclasın Nyu-York vaxtı ilə saat 10:00-a planlaşdırıldığı qeyd edilib.

Çərşənbə günü BMT TŞ Yəməndə husilərdən Qırmızı dənizdə üzən gəmilərə hücumların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edilib. TŞ-nin daimi üzvləri olan Rusiya və Çin qətnamə ilə bağlı səsvermədə bitərəf qalıblar.

***

08:13

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

-nın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, – məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.

Share: