Prezident seçkiləri ilə əlaqədar 20 minə qədər müşahidəçi qeydiyyatdan keçib, 50 minə çatacaq

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, indiyə qədər qeydiyyatdan keçən müşahidəçilərin sayı 20 minə çatıb: “Namizədlərin, partiyaların verdiyi məlumata əsasən, müşahidəçilərin sayı 50 mini ötəcək”.

Share: