Rusiya Odessaya hava hücumu təşkil edib

Rusiya 8 may gecə saatlarında Odessaya hava hücumu təşkil edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı ərzaq anbarında və sosial obyektdə yanğın baş verib.

Rəsmilər qeyd edib ki, yanğın söndürülüb.

Həmçinin, Rusiya qoşunları Qara dəniz sahilində yerləşən yaşayış məntəqələrini də hədəfə alıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.


Share: