Məşhur aktyor vəfat etdi

Teatr və kino aktyoru, “Nika” və “Qızıl maska” mükafatlarının laureatı Sergey Dreyden 81 yaşında Sankt-Peterburqda vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Dram Teatrının (BDT) mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Dreyden iki “Qızıl maska” (2000, 2001), üç “Qızıl Sofit” (1998, 2011, 2012) və Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının “Nika” mükafatının sahibidir. 2010). 2021-ci ildə “Peterburqun teatr sənətinə uzun illər xidmətinə və töhfəsinə görə” mükafatına layiq görülüb.

Dreyden kinosevərlərə Yuri Maminin “Parisə pəncərə” (1993) və Aleksandr Sokurovun “Rus gəmisi” (2002) filmlərindəki baş rolları ilə daha çox tanınır, onun filmoqrafiyasında ümumilikdə 60-a yaxın film var.

Share: