Rusiya bu şəxsləri xarici agent siyahısına daxil etdi

Rusiya Ədliyyə Nazirliyi xarici agent qismində fəaliyyət göstərən xarici KİV-in reyestrini yeniləyib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, siyahıya teleaparıcı Mixail Şats, siyasətçi Yuliya Qalyamina, həmçinin daha dörd nəfər və bir hüquqi şəxs daxil edilib. 

Siyahıya bloger Kirill Fedorov, fəlsəfə elmləri namizədi Kirill Martınov, jurnalist Sergey Loyko və politoloq Sergey Medvedev, həmçinin, “Novosti” Məhdud Məsuliyyətli Cəmiyyəti, musiqiçi və teleaparıcı Andrey Makareviç, jurnalist Yekaterina Qordeyeva, politoloq Fyodor Kraşeninnikov və ukraynalı jurnalist Dmitri Qordon əlavə edilib.

İyulun 22-də Rusiya Ədliyyə Nazirliyi xarici agent kimi fəaliyyət göstərən şəxslərin siyahısına aktrisa Tatyana Lazareva və bloger Veronika Belotserkovskayanı daxil edib.


Share: