Zabit Səmədovdan vida döyüşü üçün tamaşaçılara MÜRACİƏT

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüş gecəsi ilə bağlı tamaşaçılara müraciət edib.

Oxu.Az xəbər verir ki, “Mauqli” ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində dəstək üçün tamaşaçıları gözlədiyini bildirib.

Qeyd edək ki, bu döyüş gecəsi sentyabrın 10-da baş tutacaq. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov “Yekəayaq” ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.

 

Share: