Rusiya ABŞ ilə danışıqlar apardığını açıqladı

“ABŞ ilə qapalı kanallar vasitəsilə danışırıq”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Ryabkov Rusiyanın birtərəfli qaydada dayandırdığı START müqaviləsi ilə bağlı qapalı kanallar vasitəsilə  danışıqlar apardıqlarını bildirib:

“Son günlər ABŞ rəsmiləri ilə qapalı kanallar vasitəsilə bu məsələ ilə bağlı müzakirələrin aparıldığı bildirilir. Mən təsdiq edə bilərəm ki, bu, həqiqətən də belədir”.


Share: