Emir Kusturitsa xəstəxanaya yerləşdirilib

Serb rejissoru “Od ruhu” kinematoqrafiya debütləri festivalının prezidenti Emir Kusturitsa xəstəxanaya yerləşdirilib. Rejissorun ayağı sınıb.

Onun yaxınlarının sözlərinə görə, Kusturitsa Serbiyada buz üstündə yıxılıb.

Bildirilir ki, həkimlər sabah rejissoru əməliyyat etməyi planlaşdırırlar.

Qeyd edək ki, Kusturitsa Kann Festivalının iki qat qalibi, bir çox mükafatların sahibidir.

Share: