Rusiya ABŞ-a qarşı Baltikdə hərəkətə keçdi: S-400 yerləşdirilir…

Rusiya Baltik donanmasını S-400 raket əleyhinə müdafiə sistemlərilə gücləndirəcək.

Müstəqil.Az Axar.az-a istinad edərək xəbər verir ki, bu açıqlama ilə verən Rusiya Baltik donanmasının komandiri admiral Aleksandr Nosatov çıxış edib.

Nosatov donanmanın havadan müdafiə sistemləri 1 S-400 batareyası ilə artırılacağını vurğulayıb və qeyd edib ki, donanmanın havadakı tutumu Su-30, Su-27 təyyarələri və Ka-27 helikopterləri ilə möhkəmləndiriləcək.

Qeyd edək ki, Rusiya təyyarələri Baltik dənizinin hava məkanında NATO və ABŞ-ın döyüş təyyarələri ilə davamlı olaraq qarşı-qarşıya gəlir.

Müstəqil.Az

Share: