Ronaldo “Əl Nəsr”də nə vaxt debüt edəcək?

“Əl-Nəsr” klubunun yeni transferi Kriştiano Ronaldonun debüt oyununun vaxtı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 38 yaşlı ulduz futbolçunun yanvarın 5-də ilk oyuna çıxması gözlənilir.

Həmin gün komanda “Əl-Tae” ilə qarşılaşacaq. Ronaldo bu gün Ər-Riyada yollanaraq komanda ilə birlikdə məşqlərə qoşulacaq.

Qeyd edək ki, Ronaldo “Əl-Nəsr”lə ikiillik müqavilə imzalayıb.


Share: