Polis ehtiyatsızlıqdan özünü güllələdi

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. 

O, xəstəxanaya yerləşdirilib. 

Araşdırmalar davam etdirilir.

Share: