Ranço-Santa-Marqaritta şəhərində yaşayan azərbaycanlı cütlük…

 

Söhbətimə Məmməd Səid Ordubadinin bir kəlamı ilə başlamaq istəyirəm- “Evlənməkdə uduzmaq, bütün həyatı uduzmaq deməkdir”. Bəli, ailə sevgi üzərində qurulanda həyat da gözəl olur. Lap elə Emil Sultanovun qurduğu ailə kimi…

Adətən söhbətlərimdə fərdlərdən danışıram. Amma bu cütlüyün arasında olan mehriban münasibət məni o qədər heyrətləndirdi ki, Emili Nərminədən, Nərminəni Emildən ayıra bilmədim…

2010-cu ildən Kaliforniya ştatının Ranço-Santa-Marqaritta şəhərində yaşayırlar.

Emil bəy Nərminə İsmayılova ilə Azərbaycanda oxuyarkən tanış olublar, bir qrupda təhsil alıblar. Aralarındakı sevgi o qədər safdır ki, mən onları əsrimizin Amerikadakı azərbaycanlı Leyli və Məcnunu adlandırardım…

Nərminə xanım ixtisasca dizaynerdir. Dizayn şirkətində çalışır. Bütün varlığı ilə Azərbaycana bağlıdır. Kaliforniyada azərbaycanlıların elə bir tədbiri olmayıb ki, orada Nərminə xanımın əməyi olmasın. Həm tədbirlərin dizayn, tərtibat məsələlərində və həm də maliyyə dəstəyində. Atası Namiq İsmayılov uzun illər neft sənayesində mühəndis kimi çalışıb…

Bu ailədə iki oğlan böyüyür. Nazim və Mikayıl. Hər ikisi də azərbaycan dilini gözəl bilirlər. Azərbaycanlı olduqlarından qürur duyurlar…

Nərminə xanım özünə milli paltar tikib, Novruz tədbirlərində onu geyinərək amerikalılara nümayiş etdirir. Azərbaycanın nə qədər qədim ənənəyə malik olduğunu amerikalılara çatdırmağa çalışır…

Deyir ki,- “Baxmayaraq uzun illərdir ki, buradayıq Azərbaycanla nəfəs alıram. Hər gün, yuxudan duran kimi Azərbaycan xəbər saytlarına baxıb, ölkəmizdə baş verən hadisələrlə maraqlanıram. Vətənimin ağrı-acısı, sevinci də mənimdir”…

Nərminə xanım nə qədər gülərüz, şən olsa da, Emil bəy bir o qədər ciddi və təmkinlidir. Amma hər ikisi də çox mehriban insanlardır. Onlarla ünsiyyətdə olarkən adam zövq alır, saf sevginin hələ də olduğuna inanır…

Bu ailənin arzuları çoxdur. Övladlara yüksək təhsil vermək, əsl azərbaycanlı kimi böyütmək onların ən böyük istəkləridir…

Bəli, zəif ailə inistitutu olan Amerikada Azərbaycan ailəsinə xas olan sevgini, vəhdəti yaşadan bu cütlüyə Allah həmişə dayaq olsun!

Bu gün bu cütlüyün ocağında əlamətdar günlərdən biridir. Nərminə xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayıram.

Elman Eldaroğlu

Share: