Ramazan Bayramı ilə bağlı “Kənddən Şəhərə” yarmarkası

Ramazan bayramı münasibətilə “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək.

REAL xəbər verir ki, bunu “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, satış yarmarkası bayram günlərində paytaxtın 2 ünvanında təşkil ediləcək: Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 225 və Nizami rayonu, Qara Qarayev prospekti, 36A.

“İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər”, – deyə L. Məmmədova qeyd edib.

Share: