Rəşad Dağlı adam öldürdü – Təfərrüatlar

Meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib.

APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, qətlə yetirilən İsgəndər Mehdiyev həbsdən yeni çıxmışdı. Onların arasında daha əvvəl də ədavət olub.

 

Share: