İtaliyada güclü zəlzələ oldu

İtaliyanın Rimini sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, episentri Riminidən 64 kilometr məsafədə olan zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Roma yaxınlığında və Toskana bölgəsində də hiss olunub.

Hələlik can itkisi, xəsarət və ya maddi ziyan barədə məlumat verilməyib.


Share: